Cəmiyyət

Azərbaycanda havanın temperaturu nə vaxt enəcək?

1 Avqust 2011 11:53
Baxış: 302
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Azərbaycanda avqustun 4-dən havanın temperaturu tədricən enəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən bazar ertəsi Trend-ə bildirilib ki, yaxın 2 gün ərzində Abşeron yarımadasında kəskin isti hava şəraiti ilə yanaşı, atmosfer təzyiqinin normadan xeyli aşağı olması əhali üçün əlverişsizdir. Xüsusilə gündüz saatlarında açıq havada olmaq məsləhət deyil. Uzun sürən anomal isti hava şəraitindən sonra avqustun 4-dən güclü xəzri küləyi ilə əlaqədar temperaturun tədricən aşağı enməsi əhalidə rahatlıq hissi yaradacaq.

Bakıda və Abşeron yarımadasında avqustun 2-də hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 25-28, gündüz 35-40, yarımadanın bəzi yerlərində 42 dərəcə təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 29-30 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında avqustun 2-də hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 24-29, gündüz 39-42, bəzi yerlərdə 44, dağlarda gecə 19-24, gündüz 34-38 dərəcə təşkil edəcək.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.