Cəmiyyət

Qüds şəhərinin adının mənası nədir?

14 Dekabr 2017 22:15
0 Şərh     Baxış: 5 108
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Qüds" sözü "müqəddəslik" sözü ilə eyni kökdəndir. Yəni Qüds şəhərinin adı müqəddəsliyi ifadə edir. Bu şəhərə sair dinlərdə də "müqəddəs şəhər" deyirlər. Səbəb budur ki, Qüdsdə üç səmavi dinin müqəddəs ibadətgahları yerləşir.

Milli.Az islam.az-a istinadən bildirir ki, yəhudi inancına görə, Həzrət Süleyman (ə) məbədi bu şəhərə müqəddəslik bəxş edir. Xristianlar Həzrət İsanın (ə) yaşadığı, öldürüldüyü və dəfn edildiyi (xristian inancına görə) şəhər kimi Qüdsə ehtiram göstərirlər. İslam dinində isə Qüds müsəlmanların Məkkədən əvvəlki ilk qibləsidir. Həzrət Mühəmməd Peyğəmbər (s) merac gecəsində əvvəldə Məkkədən Qüdsə aparılmış, oradan səmaya - meraca yüksəlmişdir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.