Cəmiyyət

Ehtiyat kadrlar siyahısına daxil edilənlərin sayı açıqlandı

14 Noyabr 2017 14:17
0 Şərh     Baxış: 1 635
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Müsabiqədən keçmiş, lakin vakant vəzifəyə təyin edilməmiş 333 namizəd və ləğv edilmiş, lakin bazasında dövlət orqanı yaradılmamış dövlət orqanlarının ləğvi ilə əlaqədar dövlət qulluğuna xitam verilmiş 129 şəxs Dövlət İmtahan Mərkəzinin (DİM) ehtiyat kadrlar siyahısına daxil edilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu DİM-in icraçı direktoru Vəfadar Misirov dövlət qulluğuna qəbula dair keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu şəxslərin analoji vakant vəzifəyə təyin olunması ilə bağlı mütəmadi iş aparılır. Son statistikaya görə, 44 nəfər dövlət orqanlarında vakant analoji vəzifələrə təyin edilib.

V.Misirov qeyd edib ki, mövcud qanunvericliyə edilmiş dəyişikliklərə əsasən, vakant vəzifəyə təyin olunmaq üçün dövlət orqanının rəhbərinə təqdim olunmuş, lakin vakant vəzifəyə təyin edilməmiş namizədlər həmin dövlət orqanında ehtiyat kadr kimi saxlanılır. Namizəd ehtiyat kadr kimi saxlanıldığı 2 il ərzində həmin dövlət orqanında analoji vakant vəzifə olduqda dövlət orqanının təklifi və namizədin razılığı ilə həmin vəzifəyə təyin edilir.

Mərkəzinin icraçı direktorunun sözlərinə görə, qeyd edilən dəyişikliklər qüvvəyə minədək, yəni 10 avqust 2016-cı il tarixədək elan edilmiş müsabiqələrdə iştirak edərək ehtiyat kadrlar siyahısına daxil edilmiş şəxslər həmin siyahıda olduqları müddət ərzində müsabiqəsindən keçdikləri dövlət orqanları ilə yanaşı, digər dövlət orqanlarında da anoloji vakant vəzifəyə təyin oluna bilərlər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.