Cəmiyyət

Sağlam dalaq üçün qidalar

4 Noyabr 2017 22:10
0 Şərh     Baxış: 7 846
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Su: Təxminən 8-10 stəkan su içmək dalaq sağlamlığını dəstəkləyir. Dalağın təsirli bir şəkildə funksiyasını davam etdirə bilməsi üçün suya ehtiyacı var. Kifayət qədər su alınmaması halında, dalaq öz-özünü təmizləyə və bədəndə yığılan toksinləri uzaqlaşdıra bilmir. Bitki mənşəli çaylar, süd, şaftalı, ərik, portağal, pomidor, qarpız, kərəviz, xiyar və kahı kimi qidalar dalağınıza kafi dəstək təmin edən əhəmiyyətli qidalardır.

Çiy meyvə və tərəvəz: Milli.Az deyerler.org-a istinadən bildirir ki, çiy meyvə və tərəvəz istehlakı da dalağı optimal səviyyədə saxlayır. Alma, albalı, çiyələk, portağal, kök, kərəviz, bibər, xiyar, kahı və brokoli kimi çiy meyvə və tərəvəzlər vitamin, mineral və ferment baxımından zəngindir və bu səbəbdən də, dalağın funksiyalarını yaxşılaşdıra, həzmi dəstəkləyə və immun sistemini gücləndirə bilər.
Zəncəfil: Zəncəfilin tərkibində bol miqdarda olan zingibain fermenti bədəndə zülal həzminə kömək edir, iltihabı azaldır, immuniteti gücləndirir və təmizlənmə müddətinə köməkçi olur.
Yağlı balıq: Həftədə 3 dəfə balıq yemək dalağın uyğun bir şəkildə vəzifələrini yerinə yetirməsinə kömək olur. Omega-3 yağ turşuları ehtiva edən bu balıqlar bədəndəki iltihabı azaldır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.