Cəmiyyət

Hansı balıq kürüsünü yemək olar?

12 Sentyabr 2017 23:20
1 Şərh     Baxış: 16 556
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Mahiyyət etibarilə balıq kürüsünü yemək halaldır. Burada meyar kürünün hansı balığa məxsus olmasıdır. Hansı balığın ətini yemək halaldırsa, kürüsünü də yemək halaldır.

Milli.Az islam.az-a istinadən bildirir ki, hansı balıqların yeyilib-yeyilməməsi barədə isə İslam məzhəbləri arasında fikir ayrılığı vardır. Əhli-sünnə məzhəbinə görə sudan tutulan bütün balıq növləri yeyiləndir. Cəfəri məzhəbinə görə yalnız pulcuqlu balıqları yemək olar, pulcuğu olmayan balıqlarin yeyilməsi haramdır. Beləcə, cəfəri məzhəbi baxımından pulcuqlu balıqların həm əti, həm də kürüsü halal sayılır. Kürünün rəngi əhəmiyyət daşımır, halal balığın qara və qırmızı kürüsü yeyilə bilər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.