Alternativ tibb müalicəsi üzrə mütəxəssislər limonun üzərinə səpilən daş duzunun olduqca faydalı olduğunu söyləyirlər. Limonun tərkibində olan antioksidantlar və iltihab əleyhinə komponentlər maddələr mübadiləsinin sürətlənməsinə yardımçı olur. Eyni zamanda bu komponentlər, oynaqlarda baş verən ağrılara, bel ağrısına, baş ağrısına, duzlaşmaya və bədənin hər hansı bir yerində yaranan ağrılara qarşı olduqca yaxşı təsir göstərir.
Milli.Az deyerler.org-a istinadən bildirir ki, daş duzu ilə limon birləşərkən havadakı virusları və bakteriyaları öldürür.
Həmçinin pis qoxuları aradan qaldırır.
Daha yaxşı nəfəs almağınızı təmin edir. Bronxit və astmaya yaxşı təsir edir. Ətri beyni sakitləşdirir.
Necə hazırlanır?
Mətbəxdə istifadə etmək üçün limonu başından 4-ə bölün, amma tamamilə ayrılmamasına diqqət edin. Limonun içini tamamilə qaya duzu ilə doldurun. İstəsəniz bu şəkildə, istəsəniz bir bankaya qoyub ağzı açıq şəkildə otağınızda saxlaya bilərsiniz.
Milli.Az