İdman

“Mançester Siti”dən ayrılacaq

3 May 2025 00:32
Baxış: 586
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola hazırkı müqaviləsi başa çatdıqdan sonra klubdan ayrılacağını açıqlayıb.

Milli.Az-ın məlumatına görə, Pep Qvardiola gələcəyi ilə bağlı fikirlərini də bölüşüb.

İspaniyalı mütəxəssis "Şəhərlilər"in onun son iş yeri olub-olmayacağından əmin olmadığını, lakin müqaviləni yeniləmək fikrində olmadığını bildirib.
 
"Mançester Siti" ilə müqaviləm bitəndə ayrılacağam. Bu qərar qətidir. Karyeramı tamamilə bitirib-bitirməyəcəyimi bilmirəm, amma fasilə vermək istəyirəm.

Necə xatırlanmaq istədiyim barədə dəqiq bir fikrim yoxdur. Hər kəs öz təəssüratları ilə qalsın".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.