Cəmiyyət

Körpənin saçlarını nə zaman qırxmaq olar?

27 İyun 2017 08:05
1 Şərh     Baxış: 19 442
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İslam qayda-qanunlarına görə, uşağın doğulduğu ilk həftədə yerinə yetirilməsi müstəhəb (bəyənilən) olan bəzi əməllər vardır.

Milli.Az islam.az-a istinadən bildirir ki, məsələn, uşağın qulağına azan və iqamə oxumaq, ad qoymaq, adına qurban (əqiqə) kəsmək, oğlan uşağını sünnət etmək və s. Bu bəyənilən əməllərdən biri də körpənin saçının qırxılmasıdır. Körpənin saçını yeddi günlüyündə ehtiyatla qırxmaq müstəhəbdir. Ənənəyə görə, qırxılan saç tərəzidə çəkilir, onun çəkisi qədər qızıl ya gümüş fəqirlərə sədəqə verilir. Bir daha təkrar edirik ki, bu, vacib yox, müstəhəb əməldir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.