Cəmiyyət

Darçın yağının faydaları

25 İyun 2017 21:50
0 Şərh     Baxış: 7 031
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Beyin funksiyalarına yaxşı təsir göstərir: Darçın uçucu yağı beyin funksiyaları üçün mükəmməldir.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, sadəcə, beyin funksiyasını inkişaf etdirmək və beyin fəallığını artırmaqla qalmır, eyni zamanda stress, həyəcan və yaddaş itkisi ilə mübarizəyə də yardımçı olur.

Qan dövranını artırır: Darçın qan dövranını yaxşılaşdırmağa kömək edir. Darçın yağı isə, qan dövranını artıran qan durulaşdırıcı birləşmələr ehtiva edir. Bu isə daha yaxşı qan dövranı, daha az ağrı deməkdir. Bu xüsusiyyət eyni zamanda arterial xəstəliklərdən əziyyət çəkən insanlara da fayda verir və infarktın qarşısını alır.
Ürək sağlamlığına yaxşı təsir göstərir: Ürək xəstəliyi, koronar arteriya xəstəliyi və ya yüksək qan təzyiqi ilə mübarizə edənlər darçın yağına əl atır. Aparılan araşdırmalara görə, darçın yağı böyük miqdarda kalsium və lif ehtiva edir.
Bu maddələr xəstəliklərdən qoruyur və orqanizmin daha çox zərər çəkməməsini və qorunmasını təmin edir.
İmmuniteti gücləndirir: darçın uçucu yağı, immun sisteminin fəaliyyətini artırır. Bədən sistemlərini təhlükəyə atan kiçik və böyük infeksiyalarla və xəstəliklərlə mübarizə edir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.