Balıkesirin Altıeylül Bələdiyyəsinin 23 aprel uşaqlar günü münasibətilə təşkil etdiyi tədbirdə səhnəyə çıxan qadının göstərdiyi şou narazılıq doğurub.
Milli.Az xəbər verir ki, ötən gün Balıkesirdə uşaqlar günü münasibəti ilə hazırlanmış tədbirdə striptiz şou göstərilib. Uşaqlar üçün nəzərdə tutulan tədbirdə açıq-saçıq geyimli qadının stripriz oynaması kəskin tənqid edilib.
Bələdiyyə sosial şəbəkədə açıqlama yayaraq bildirib ki, tədbir barədə məlumatsız olublar. Onlar həmçinin belə bir tədbirin təşkilinə görə mədəniyyət müdürünün vəzifədən azad ediblər.
Bələdiyyə bu hadisəni qəti şəkildə qəbul etmədiyini və gələcəkdə oxşar halların yaşanmaması üçün tədbir görüləcəyini vurğulayıb.
İsmayıl
Milli.Az