Türkiyə

Ana və 6 yaşlı qızı faciəvi şəkildə öldü - Ürəkdağlayan görüntülər - VİDEO

26 Aprel 2025 06:06
Baxış: 865
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Osmaniyədə bədbəxt hadisə baş verib.

Milli.Az xəbər verir ki, 6 yaşlı uşaq və anasını evlərinin yaxınlığında yerləşən suvarma kanalında elektrik cərəyanı vurub. 

Toprakkale mahalının Kışla Məhəlləsində baş verən hadisə zamanı Özlem Üstün adlı qadın suvarma kanalında əllərini yuyarkən elektrik cərəyanına məruz qalıb. Qızını xilas etmək üçün dərhal kanala atılan anası, Cennet Üstün də elektrik cərəyanına ilişib. Hadisədən sonra ətrafdakı insanlar tərəfindən hər iki şəxs xəstəxanaya aparılıb. Lakin bütün xilasetmə səylərinə baxmayaraq, ana və qızın həyatını xilas etmək mümkün olmayıb.

Araşdırmalar nəticəsində, təbii qaz şirkətinin qazıntı işləri apardığı zaman elektrik naqillərinin zədələndiyi və boş elektrik cərəyanının kanalın içərisinə yayılmasına səbəb olduğu müəyyən edilib. Nəticədə, təbii qaz şirkətinin 9 işçisi hadisə ilə əlaqədar saxlanılıb.

Hadisənin təhlükəsizlik kamerasına çəkilən görüntüləri yayımlanıb.

Fidan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.