Bakı-Quba-Rusiya sərhədi yolunun 180-cı kilometrliyində, Quba rayonunun Susay kəndi ərazisindən keçən hissəsində 1 nəfərin ölümü, 3 nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İstintaq və Təhqiqat şöbəsinin baş müstəntiqi Hikmət Kərimovun ANS PRESS-ə verdiyi məlumata görə, Quba rayon sakini 33 yaşlı Sahib Bağırov idarə etdiyi "VAZ-2107" markalı maşınla Samux istiqamətinə gedərkən əks istiqamətdə hərəkət edən Xaçmaz rayonunun Həbibkənd sakini 73 yaşlı Sabit Allahverdiyevin idarə etdiyi "VAZ-2106" markalı maşınla toqquşub.
Sahib Bağırov və "VAZ 2106"dakı sərnişinlər təcili olaraq Quba rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə çatdırılsalar da, həkimlərin səyinə baxmayaraq yaralılardan Həbibkənd sakini, 58 yaşlı Naib Hurəhməd oğlu Nurəhmədov səhər saatlarında orada ölüb.
Digər yaralıların isə müalicəsi davam edir.
Hikmət Kərimovun verdiyi məlumata görə, hadisəyə "VAZ 2106"-nın "VAZ 2107"-nin yoluna çıxması səbəb olub.
Faktla bağlı İstintaq və Təhqiqat şöbəsində AR CM-nin 263.1-ci maddəsi ilə cinayət işi açılıb.
Milli.Az
Cəmiyyət
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Bakı-Quba yolunda ağır qəza: 1 ölü, 3 yaralı
28 İyun 2011 12:51
Baxış: 422

DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanda 16 yaşa qədər qızların dünyaya gərtirdikləri uşaqların sayı açıqlandı
-
Məhərrəmlə Siracın medalları ailələrinə təqdim edildi
-
Bakının üç rayonunda söküntü olacaq - Ünvanlar
-
Şamaxıda növbəti Üzüm və Şərab Festivalı keçiriləcək - VİDEO
-
Tanınmış eks-hakim: “Uşağı boğaraq öldürən şəxsə ömürlük cəza verdim”
-
Müavinət və pensiya alanların DİQQƏTİNƏ
XƏBƏR LENTİ
-
Azərbaycanda işsiz gənclərin sayı açıqlandı
-
Əməkdar artistin oğlu nişanlandı - FOTO
-
Azərbaycanda tələbə vəfat etdi - FOTO
-
Qurban Qurbanovdan qələbə şərhi
-
Gəncədə ağır qəza - xəsarət alanlar var - YENİLƏNİB
-
Xəzərdən böyük təhlükə yaxınlaşır
-
Azarkeşlər tarixi uğuru belə qeyd edir - VİDEO
-
"Qarabağ" Çempionlar Liqasının əsas mərhələsinə yüksəldi - YENİLƏNİB
-
Ağdamda iki yaşlı uşaq döyülüb - Atası saxlanıldı - YENİLƏNİB - FOTO
-
Guardiola bu dəfə “Qalatasaray”dan istəyir – gənc ulduz “Mançester Siti”nin hədəfində - FOTO
-
Seda Sayanı aldadıb 35 minini aldılar
-
Duzlu yeməklər beyinə ciddi zərər vurur
-
Azərbaycan səhiyyəsinə ağır itki - FOTO
-
Sosial media trendi faciə ilə bitdi - 13 yaşlı fenomen öldü
-
Azərbaycanda 16 yaşa qədər qızların dünyaya gərtirdikləri uşaqların sayı açıqlandı
-
Alla Puqaçova bu hüquqlarını itirə bilər
-
Ərdoğanla Putin Çində görüşə bilərlər
-
Nurlan Hacıyevə yüksək vəzifə verildi
-
Afaq plastik əməliyyat keçirib? - FOTO
-
Ermənistanın ABŞ-dəki yeni səfiri
-
Xanım Qafarovanın qızı illər sonra - o, da tələbə oldu - FOTO
-
ABŞ-də katolik məktəbində atışma olub - 2 ölü və onlarla yaralı var
-
"Corc Soros və oğlu məsuliyyətə cəlb olunmalıdır"
-
Aytəkinin ailəsində sevincli GÜN - FOTO