Cəmiyyət

Cehizlik qabların dəbi və dəyəri dəyişir - VİDEO

24 Fevral 2017 22:31
5 Şərh     Baxış: 8 854
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Cehiz alış-verişində qab-qacaq xüsusi yer tutur.

Toya hazırlaşan qızlar üçün bazarlığa çıxan analar buna xüsusi əhəmiyyət verirlər. Ancaq bir çox adət-ənənələrimiz kimi cehizlik qab-qacaqlara yanaşmamızda da dəyişiklik var. Yəni dəb anlayışı buna da təsir edib. Növbəti süjetimiz də elə bu barədədir...  

Bir-birindən fərqli qablar, qazanlar və stəkanlar... Mağaza vitrinlərini cehizlik qab-qacaqlar bəzəyir. 

Görünüşü kimi qiyməti də fərqli olan bu məhsullara insanların marağı da olduqca çoxdur. Alıcıların sözlərinə görə, dövr dəyişdikcə alınan cehizlik mallara da maraq dəyişir. 

Satıcıların sözlərinə görə isə, indi qablarda daha çox sadəliyə üstünlük verilir. Cehizlik kimi ən çox yemək və çay dəstləri alınır ki, bunların da qiyməti 300-600 manat arasında dəyişir. 

Qazanlarda isə əvvəllər daha çox aliminium və çuqun qazanlar alınırdısa, indi isə qranit, şüşə və dəmir qazanlara üstünlük verilir. Bunun da əsas səbəbi bu qabların yeməyi uzun müddət isti və sağlamlığa zərər vermədən saxlamasıdır. Belə qazanların qiyməti isə 35 manatdan 300 manata kimidir. 

Stəkanlarda isə əvvəllər daha çox Çexiya istehsalı büllur qablara üstünlük verilirdisə, indi bu tamamailə dəyişib. 

Qaşıq-çəngəl-bıcaq dəstələri isə daha çox qablara uyğun seçilir. Alınan servislərə uyğun dəstlərə alınır. Bunların da qiyməti 60 manatdan başlayır, 120 manata kimi. 

Satıcıların sözlərinə görə, əgər əvvəllər mebelin vitrininə çoxlu qab yığmaq üçün daha çox güllü çiçəkli servislər alınırdısa, indi bu adət demək olar ki, tarixə qovuşur. 

Uzun sözün qısası, təkcə qab-qacaq almaq üçün orta hesabla cehizin xərci 5-10 min manat arasında dəyişir.

Milli.Az xezerxeber.az-a istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Cehizlik qabların dəbi və dəyəri dəyişir

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.