Cəmiyyət

Oksitosin hormonu və onun orqanizmdə rolu

28 Yanvar 2017 21:55
0 Şərh     Baxış: 3 819
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Oksitosin hormonu uşaqlığın saya əzələ liflərinin və süd vəzisi alveollarının əhatə edən mioepitelial hüceyrələrin yığılma qabiliyyətinin stimulyasiyası ilə əlaqədardır. Oksitosin bu orqanlarda spesifik surətdə birləşmək qabiliyyətinə malikdir. Bu birləşmə xüsusi reseptorlar vasitəsilə həyata keçirilir. Bundan əlavə böyrəklərdə və hipotalamusda da oksitosin hormonu aşkar edilmişdir. Milli.Az immunitet.az-a istinadən bildirir ki, manqan və maqnezium ionları oksitosinin orqanizmdə müvafiq reseptorlarla birləşməsini artırır.
Uşaqlıq əzələsinin oksitosin vasitəsilə stimulyasiya edilən ritmik yığılmaları doğuşun normal keçməsini təmin edir. Oksitosinin bu prosesə stimulyasiyaedici təsiri mühitdə prostaqlandinlərin də olmasından asılıdır. Müəyyən edilmişdir ki, hamiləliyin sonu yaxınlaşdıqca qadın orqanizmində həm oksitosinin sekresiyası, həm də uşaqlıqda və süd vəzilərində olan oksitosın reseptorlarının miqdarı artır.
Doğuşdan 10-14 gün sonra zahı qadının qanında oksitosinaza olmur. Bundan əlavə uşaqlıq toxumasında və böyrəklərdə oksitosin molekulundakı qlisinamid qalığını hidrolitik yolla peptid zəncirdən ayıran ferment tapılmışdır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.