Cəmiyyət

Qəpik udan terminallar - Belə hallarda hara müraciət edək? - RƏSMİ AÇIQLAMA - VİDEO - FOTO

26 Yanvar 2017 15:48
0 Şərh     Baxış: 1 737
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ARB TV xəbər verir ki, bu hal paytaxtda quraşdırılan bir çox ödəmə terminallarında yaşanır. Nəticədə vətəndaşın pulu itkiyə gedir. Problem bununla da yekunlaşmır. Terminallar onlarla sakinin pulunu udur. Mənfi tərəfi isə ondan ibarətdir ki, bu hal 1 dəfə yox, bir neçə dəfə yaşanır. 

Milli.Az xəbər verir ki, aidiyyəti qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Ülviyyə Əfəndiyeva deyir ki, problem bir neçə səbəbdən baş verir. Bəzən ödəmə terminalının əskinaslar bölümünə müdaxilə oldunduğu üçün aparat pulu qəbul etmir. Bəzən isə ödəmə qaydalarına diqqət edilmir. Bu hal terminaldakı texniki nazasızlıqdan da yarana bilər. Qurum rəsmisi bu problemi monitorların sensorla işləməsiylə əlaqələndirir. Qabaqlayıcı tədbir kimi çöldəki terminallar örtüklənib. 

Ülviyyə Əfəndiyeva - Ödəmə Terminalının İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri: "Bəzən soyuq havalarda monitorlar donur. Belə hal baş verərsə, müştəri xidmətlərinə müraciət edə bilərlər və problem aradan qaldırılar. Ya pulu qaytarılır, ya da vəsait şəklində istədiyi digər bir xidmətə köçürülür".

Problemlər bununla da yekunlaşmır. Bəzi terminallardan ödəmə qəbzini almaq mümkün deyil. Ödəmə terminallarında problem yaşanarsa, vətəndaşlar * 0010, 012-564-54-98 və 012 404 48 88 qaynar xəttinə zəng vurub şikayət edə bilərlər.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Qəpik udan terminallar - Belə hallarda hara müraciət edək? - RƏSMİ AÇIQLAMA

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.