Ölkə

"Tanınma prosesində Rusiya tərəfinin yaydığı məlumatlarla meyidlərin üzərində olan əlamətlər uyğun deyil"

1 İyul 2025 09:44
Baxış: 1 080
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Tanınma prosesində Rusiya tərəfinin yaydığı məlumatların meyidlərin üzərində olan əlamətlərlə uyğun olmadığının şahidi olduq.

Trend-in yerli müxbiri verir ki, bunu Seyfəddin Hüseynli jurnalistlərə açıqlamasında deyib.

S. Səfərov qeyd edib ki, tanınma prosesində Rusiya tərəfinin yaydığı məlumatların meyidlərin üzərində olan əlamətlərlə uyğun olmadığının şahidi olub:

"Rusiyada güc strukturları tərəfindən işgəncələrə məruz qalaraq həyatını itirmiş 2 azərbaycanlı Ziyəddin və Hüseyn Səfərov cənazəsini H. Əliyev adına hava limanında təhvil aldıq. Dövlətimiz bununla bağlı çox böyük qətiyyət göstərdi, ciddi addımlar atıldı. Qısa bir zamanda cənazələr vətənimizə gətirildi. Cənazələrin qarşılaşmasında bir izdiham vardı. İnsanlar öz kədərini və qəzəbini bildirirdilər".

Onun sözlərinə görə, ondan sonra Azərbaycanda yüksək peşəkar heyət tərəfindən təşkil olunan məhkəmə tibbi ekspertiza prosesi aparıldı.

"Nəşlərin tanınmasında özüm bir başa iştirak etdim. Qısaca bunu qeyd edim ki, istintaq orqanlarının işinə qarışa bilmərəm, amma gözümün şahidiyəm ki, qardaşlarımın nəşinin vəziyyəti, onların bədənindəki ağır işgəncə izləri və çoxsaylı öldürücü işgəncə əlamətləri tam əminliklə göstərdi və bunu böyük ağrı hissi ilə qarşıladım. Onlar böyük işgəncələrlə bu vəziyyətə salınıblar", - o əlavə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.