Maraqlı

Cazibədar "rinq qızı" Bakıya heyran qaldı - “Bakını necə sevməmək olar?” - FOTOlar

1 İyul 2025 12:45
Baxış: 1 222
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Braziliyalı məşhur UFC ring qızı və aparıcısı Jhenny Andrade, Bakıda keçirdiyi vaxtı sosial media hesabında izləyiciləri ilə bölüşüb.

O, paylaşımlarına "Bakını necə sevməmək olar?" başlığını əlavə edərək, paytaxtımızın gözəlliklərinə heyranlığını ifadə edib.

Andrade UFC 314 tədbiri çərçivəsində Bakıya səfər edib və burada müxtəlif məkanlarda şəkillər çəkdirərək izləyiciləri ilə bölüşüb. Onun paylaşımları, şəhərin müasir və tarixi ab-havasını əks etdirən mənzərələrlə zəngin olub.

UFC-nin məşhur simalarından biri olan Jhenny Andrade, 2013-cü ildən etibarən təşkilatın tədbirlərində iştirak edir və üç dəfə "İlin ən yaxşı rinq qızı" mükafatına layiq görülüb. O, həmçinin sosial mediada aktivdir və izləyicilərinə eksklüziv məzmun təqdim edir. 2018-ci ildə braziliyalı YouTuber Caio Novaes ilə evlənib və 2020-ci ildə bir oğul övladı dünyaya gətirib .

Onun Bakıda keçirdiyi vaxt və paylaşımları, şəhərimizin qonaqpərvərliyini və cazibəsini beynəlxalq səviyyədə tanıdan bir nümunədir.

Kənan
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.