Sirli qaçan dinozavr Yura dövrünün başqa bir sirrini açdı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yura dövründə indiki Kolorado düzənliklərində yaşamış, orta ölçülü it böyüklüyündə sirli dinozavr alimlərə bütün dövrə yeni nəzərlə baxmağa imkan verib.
Milli.Az "Live Science" jurnalına istinadən xəbər verir ki, Enigmacursor mollyborthwickae kimi təsnif edilən dinozavr təxminən 1 metr hündürlüyündə olub. Onun skeleti 2021-2022-ci illərdə Koloradoda aparılan qazıntılar zamanı tapılıb.
Skeleti London Təbii Tarix Muzeyi satın alıb. Qalıqları öyrənən alimlər Nanosaurus dinozavrlarının təsnifatına yeni yanaşıb və Enigmacursor adlı yeni dinozavr qrupu yaradıb. Cinsin adı "sirr" mənasını verən "enigma" (elmi təsnifatı ilə bağlı qeyri-müəyyənliklərə istinad) və latınca "qaçan" demək olan "cursor" sözlərindən formalaşdırılıb.
25 iyun tarixində "Royal Society Open Science" jurnalında dərc edilən araşdırma vurğulayır ki, alimlərin Morrison formasiyasının kiçik dinozavrları haqqında öyrənməli olduğu çox şey var.
"Morrison formasiyası yaxşı öyrənilib. Lakin uzun müddət orada diqqət ən böyük və heyranedicə dinozavrların axtarışına yönəldilib. Kiçik dinozavrlar çox vaxt diqqətdən kənarda qalıb, bu da o deməkdir ki, onların çoxu ehtimal hələ də torpaq altındadır", deyə araşdırmanın həmmüəllifi, London Təbii Tarix Muzeyinin baş elmi işçisi Suzanna Meydment muzey məqaləsində açıqlayıb.
Skeleti öyrənən alimlər bu növün təkamülünü aydınlaşdıra və əvvəl öyrənilməmiş kiçik dinozavrların müxtəlifliyi haqqında əlavə məlumat əldə edə bildilər./hit.az
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Muslera karyerasını başa vurdu
-
İmtahan sistemi ilə bağlı yeni təklif: 2-3 fənn kifayət etsin
-
Azərbaycanlı şoumenin milyonluq borcu üzə çıxdı
-
Melonidən Zelenskiyə etiraz: “Artıq bezmişəm”
-
Türkiyədə Atatürkün büstünü oğurladılar
-
Hörmüz boğazında tanker minaya düşdü
-
Bakıda gənc oğlan küçədə bıçaqlandı
-
Ayın 30-da intensiv qar yağacaq - Proqnoz
-
Ağcabədidə məktəb binasında yanğın baş verib
-
Həbs qoyulmuş 3 milyon manat və 6 nəfərin adı: Azinvest-də nə baş verir?
-
"Mançester Yunayted"dən antirekord
-
Azərbaycanda məşhur bank köçürmələr üzrə komissiyanı 2 dəfə artırır
-
Dünya bazarlarında neftin qiyməti ucuzlaşdı
-
Valideynlər universiteti bitirənədək övladına aliment ödəyəcək?
-
Hava ilə bağlı son məlumat
-
Rubiyandan Azərbaycanla bağlı açıqlama
-
Spirtli içkidən 32 nəfər öldü - İranda
-
Mayk Lav 85 yaşında vəfat etdi
-
Madriddə 350 illik Osmanlı sənədi tapıldı: Tarixi dəyişə biləcək məktub
-
Başak Gümülcinelioğlu yeni layihədə yer alacaq
-
Bu yollarla ikiqat sürətli arıqlamaq mümkündür
-
XIII turun növbəti görüşləri keçiriləcək
-
Rusiyanın 4 hava limanında məhdudiyyətlər tətbiq edildi
-
Keyptaun kanalizasiya suyundan içməli su istehsal edəcək





