Avto

Xaricdən avtomobil sifariş verərkən aldanmamaq üçün nələrə diqqət etmək lazımdır? - VİDEO

1 İyul 2025 08:08
Baxış: 447
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xaricdən avtomobil sifariş verərkən aldanmamaq üçün nələrə diqqət etmək lazımdır?

Amerikadan onlayn hərracla avtomobil almaq son illər Azərbaycanda daha çox populyarlaşıb. Amma ekspertlər bildirirlər ki, oradakı hər maşın rahatlıqla alınacaq qədər etibarlı deyil. Xüsusilə "seller car" deyilən satıcı şirkətlərə məxsus nəqliyyat vasitələri bir çox hallarda sizi problemlərlə üzləşdirə bilər.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, Mütəxəssis Hafiz Əmiraslanov deyir ki, ən təhlükəsiz seçim sığorta şirkətləri tərəfindən satışa çıxarılan avtomobillərdir. Çünki bu maşınların zədələnmə səbəbi, dəqiq tarixçəsi və çəkilmiş şəkilləri sistemə yüklənir.

Hafiz Əmiraslanov qeyd edir ki, xüsusilə "seller" kimi tanınan satıcıdan alınan avtomobillər ölkəya çatdırıldıqdan sonra belə problemlər aşkarlananda heç bir kompensasiya ödənilməyə bilər.

Ekspertin sözlərinə görə, sığorta təminatı əsasən daşınma zamanı dəyən zərərlərlə bağlı verilir. Bunun da konkret şərtləri var.

Ekspertlər avtomobil almaq istəyənlərə tövsiyə edirlər ki, ilk növbədə avtomobilin sığorta tarixçəsini yoxlatsınlar. "VIN" kodunu peşəkar auditlərə təqdim etsinlər və yalnız bundan sonra qərar versinlər.

Daha ətraflı videomaterialı təqdim edirik.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.