Cəmiyyət

Qara buğdanın 10 faydası

26 Yanvar 2017 22:15
1 Şərh     Baxış: 6 398
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

1. Aparılan araşdırmalarda, nizamlı qara buğda istehlak edən insanların yoğun bağırsaqlarının daha sağlam olduğu ortaya çıxmışdır.

2. Milli.Az deyerler.org-a istinadən bildirir ki, aparılan araşdırmalar, qara buğdanın nizamlı istehlakının yüksək xolesterini azaltmada təsirli olduğunu göstərmişdir.
3. Lif tərkibinin yüksək olması və aşağı glisemik indeksi səbəbi ilə diabeti olan insanlar rahatlıqla yeyə bilərlər.
4. Yüksək lif tərkibi sayəsində insanı tox saxlayır və qanda şəkəri tarazlaşdıraraq arıq çəkiyə qarşı qoruyar.
5. Qara buğda hipertoniya və ürək-damar pozuntularının müalicəsində və qarşısının alınmasında istifadə edilir.
6. Tərkibindəki quarsetin maddəsinə görə güclü antioksidant mənbəyidir.
7. Qara buğda prebiotik ərzaq olması və yüksək lif məzmunu səbəbilə kolon xərçənginin qarşısının alınmasında təsirlidir.
8. Bitki mənşəli zülalların ən yaxşı mənbələrindən biri olması sayəsində xüsusilə hamilələrin, uşaqların, yaşlıların qəbul etməsi lazım olan bir qidadır.
9. Dəmir tərkibi bütün taxıl və paxlalılar arasında ən yüksəyidir. Tez-tez qan azlığı problemi yaşayanlar üçün ideal seçimdir.
10. Qara buğda "funksional qida" kimi tanınır. Funksional qidalar xəstəlik əmələ gəlmə riskini azaldan qidalardır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.