Həzmin pozulması (tibdə həmçinin "dispepsiya" adlandırılır) çox yayılmış problemdir.
İnsanların əksər hissəsi bu problemlə üzləşir. Həkimlərin müşahidələrinə görə, insanların təxminən 80%-ndə bu və ya digər formada həzmin pozulması simptomları aşkar olunur. Həkimlərin fikirinə görə, bunun əsas səbəbləri düzgün olmayan qidalanma və həyat tərzidir.
Milli.Az saglamolun.az-a istinadən bildirir ki, həzmin pozulması özünü bu kimi simptomlarla büruzə verir:
- qarın ağrısı və qarında ağırlıq, diskomfort,
- köp (mədənin həddən artıq dolması hissi), qarında şişkinlik,
- gəyirmə və qarında qazlar,
- qıcqırma (ürək nahiyəsində yanğı hissi),
- ürəkbulanması və qusma,
- ağızda turş dadın olması,
- qarın qurultusu,
- qəbizlik və ya əksinə ishal.
Həmçinin həzmin pozulması baş ağrıları və əsəbiliklə müşayiət oluna bilər.
Həzm proseslərinin pozulmasının səbəbləri arasında:
- həzm yolu xəstəlikləri (xroniki qastrit, mədə xorası, duodenit, kolit), mədəaltı vəzi xəstəlikləri (xroniki pankreatit), öd daşı xəstəlikləri (xroniki xolesistit, öd daşı xəstəliyi), qara ciyər xəstəlikləri (xolangit, hepatit)
- onkoloji xəstəliklər (həzm sistemi ilə bağlı)
- lyamblioz (birhüceyrəli parazit - lyambliya - tərəfindən törədilən xəstəlik)
- fermentopatiyalar (fermentlərin anadangəlmə və qazanılmış çatışmazlığı) - seliakiya, laktaz çatışmazlığı və s.
- bəzi ümumi xəstəliklər (şəkərli diabet, hipotireoz - qalxanvari vəzi xəstəliyi, amiloidoz və s.)
- bəzi dərman preparatların uzun müddət ərzində qəbulu (aspirin və digər ağrısızlaşdıran preparatlar, hormonal preparatlar, iltihabəleyhinə preparatlar, bəzi antibiotiklər, qalxanvari vəzi xəstəlikləri zamanı istifadə olunan preparatlar və s.)
- qidanın pis çeynənməsi, qidanın həddən artıq qəbulu, çox yağlı, tam bişirilməmiş qidaların qəbulu,
- həzm orqanlarında aparılmış cərrahi əməliyyatlar (mədənin, nazik və yoğun bağırsağın rezeksiyası, öd kisəsinin xaric olunması və s.)
- spirtli içkilərin qəbulu və siqaret çəkmək
- stress, gərginlik, depressiya
- hamiləlik. Böyüməkdə olan uşaqlıq və hamilə qadının hormonal fonun dəyişilməsi həzm prosesləri pozur.
Həzmin pozulması simptomları meydana çıxdıqda dərhal qastroenteroloqa müraciət edin. Bəzən belə simptomlar çox təhlükəli xəstəliklərin fonunda meydana çıxa bilər.
Milli.Az
Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Həzmin pozulması - SİMPTOMLAR VƏ SƏBƏBLƏR
20 Avqust 2016 22:50
0 Şərh
Baxış: 6 228

DİGƏR XƏBƏRLƏR
-
Qısa sərinlik, uzun müddətli zərər: Qazlı içkilərin ZƏRƏRLƏRİ
-
Everesti fəth edən azərbaycanlı qadın: "Hələ də canlar alır" - VİDEO
-
Günün qoroskopu: Qəlbinizin səsinə qulaq asın
-
8 nömrəli tam orta məktəbdə nə baş verir? - AÇIQLAMA
-
Azərbaycanda daha çox bu universitetlərin məzunları iş tapır - ARAŞDIRMA
-
Şah İsmayıl Xətai kimdir?
XƏBƏR LENTİ
-
Hər şeyi bucür etsəniz, pulunuz olacaq - bürclərə ipucu
-
Azərbaycana ən çox bu ölkələrdən gəlirlər
-
“Alış-verişdə qiymətə baxmıram, kassada deyir ki...” - VİDEO
-
Qısa sərinlik, uzun müddətli zərər: Qazlı içkilərin ZƏRƏRLƏRİ
-
Dırnağınız tez qırılırsa, bunları edin
-
Ən ağıllı insanlar bu qan qrupundan olurlar
-
Əsnəmək düşündüyünüzdən daha təhlükəli ola bilər - Yoxlanmaq lazımdır
-
Zehra Güneşin VİLLAsı sosial medianı "çalxaladı": bu detal... - FOTOlar
-
İstanbul görüşünün nəticələri: Kim nə qazandı?
-
Everesti fəth edən azərbaycanlı qadın: "Hələ də canlar alır" - VİDEO
-
Tramp: Rusiya və Ukrayna danışıqlara başlayacaq
-
Zelenski Trampla telefon danışıqlarının təfərrüatını açıqladı
-
Günün qoroskopu: Qəlbinizin səsinə qulaq asın
-
Bakıda iki sərnişin avtobusu toqquşdu - yaralılar var - VİDEO
-
“Brent” bahalaşdı
-
Əminə Əliyeva: "Növbəti hədəfim Olimpiya çempionu olmaqdır"
-
Kreml Putin-Tramp telefon danışığının bəzi detallarını açıqladı
-
Əminə Əliyeva dünya çempionatında əzmkarlıq nümayiş etdirdi - Azərbaycan Kunq-Fu Federasiyasının prezidenti
-
Fərid Şahbazlının milli mətbuatın 150 illik yubileyi ilə bağlı məqaləsi xarici KİV-lərdə dərc edilib-FOTO
-
Şəbnəm Tovuzlu Nəfəsə söz atdı: "Heç birinizin mənim kimi..."
-
“Rəşad Sadıqov harada oynayıbsa, lider olub”
-
Bakıda bir nəfər 9 ədəd qaşığı necə udub? - təfərrüat - VİDEO
-
“Televiziyada “ləçər kişi” obrazı yaranıb"
-
Hansı hallarda şəxsə təyin edilmiş cəzadan daha yüngül cəza təyin edilə bilər?