İdman

“Rəşad Sadıqov harada oynayıbsa, lider olub”

19 May 2025 23:00
Baxış: 304
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Çox maraqlı oyun oldu. Futbol azarkeşlərini keçmişə apardıq. Komandalarımızın sabiq ulduzlarını gördük".

Milli.Az xəbər verir ki, bunu Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov deyib.

O, "Premyer Liqa məşqçiləri" və "Neftçi 2000-lər" veteranları arasında keçirilən oyundan danışıb:

"Əlbəttə ki, azarkeşlər üçün xoş oldu. Futbolçularımız da, azarkeşlərimiz də sevindi. Özüm də keçmişi xatırladım. Veteranları meydanda izləmək isti xatirələrdir. Biz "Qarabağ"da, "Neftçi"də bu oyunçuları görərək futbola azarkeşlik etmişik. Ona görə maraqlı qarşılaşma keçdi.

Federasiya rəhbəri matçda qələbəni gətirən penaltini "Zirə"nin baş məşqçisi Rəşad Sadıqovun vurmasından da danışıb:

"Bu da yəqin əlamətdar bir hadisədir. Rəşad Sadıqov harada oynayıbsa, lider olub. Bu gün hələ bir az zədəsi var idi".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.