Kopenhagen Universitetinin alimləri müəyyən ediblər ki, dünyada mavi gözə malik olan bütün insanlar təxminən 6-10 min il əvvəl yaşamış bir ortaq insanın davamçılarıdır.
Milli.Az bildirir ki, tədqiqat nəticəsində məlum olub ki, mavi göz rəngi HERC2 genində baş vermiş mutasiyadan yaranıb. Bu mutasiya OCA2 geninin fəaliyyətini zəiflədərək gözlərdə melanin piqmentinin istehsalını azaldıb. Beləliklə, insanların gözləri qəhvəyi deyil, mavi görünməyə başlayıb. Mavi göz geni nəsildən-nəslə keçərək bu günə qədər gəlib çatıb. Mutasiyanın ilk dəfə Avropada baş verdiyi və daha sonra xüsusilə Şimali Avropada yayıldığı bildirilib.
Hazırda dünyada insanların yalnız 8-10 faizində mavi gözə rast gəlinir. Alimlər deyirlər ki, bu mutasiyanı daşıyan hər kəs genetik baxımdan eyni "böyük ailənin" üzvüdür.
İsmayıl
Milli.Az