İdman

Əminə Əliyeva dünya çempionatında əzmkarlıq nümayiş etdirdi - Azərbaycan Kunq-Fu Federasiyasının prezidenti

19 May 2025 23:24
Baxış: 347
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İtaliyanın Peruca şəhərində kunq-fu üzrə dünya çempionatında idmançılarımız tarixi nəticə əldə etdilər.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Kunq-Fu Federasiyasının prezidenti Nurlan Aslanov jurnalistlərə açıqlamasında deyib.

O, qızlar arasında yarışda dünya çempionu olan Əminə Əliyevanın əzmkarlıq nümayiş etdirdiyini bildirib: "Əminə Əliyeva ilk dəfə idi döyüş tatamisinə ayaq basırdı. Həyəcanın olması normaldır. Amma döyüşün ilk saniyələrindən göstərdiyi cəsarət hamımızı heyrətləndirdi. Bu uğurun arxasında böyük əziyyət dayanır. Əminənin nailiyyəti əzmkarlığın göstəricisidir. Əminənin şəxsi məşqçisi federasiyamızın şəxsi məşqçisi Babək Əliyevdir. O, peşəkar mütəxəssisdir".

Federasiya rəhbəri komandaya dəstək olan bütün azarkeşlərə təşəkkür edib.

Qeyd edək ki, mundialda "light sanda" növü üzrə mübarizə aparan idmançılarımız yarışı 5-i qızıl, 2-si gümüş olmaqla, ümumilikdə 7 medalla başa vurublar. Azərbaycan yığması bu nəticə ilə komanda hesabında isə 3-cü yerin sahibi olub.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.