Dünya

Tramp: Rusiya və Ukrayna danışıqlara başlayacaq

20 May 2025 00:13
Baxış: 327
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığından sonra bəyan edib ki, Rusiya və Ukrayna ən qısa müddətdə atəşkəs və münaqişənin yekunlaşdırılması ilə bağlı danışıqlara başlayacaq.

Milli.Az xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə "Truth Social" hesabında yazıb.

"Rusiya Prezidenti Vladimir Putinlə iki saat davam edən telefon danışığım başa çatdı. Hesab edirəm ki, söhbət çox yaxşı keçdi. Rusiya və Ukrayna dərhal atəşkəs və daha önəmlisi, müharibənin sona çatdırılması ilə bağlı danışıqlara başlayacaqlar", - Tramp qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.