Cəmiyyət

“İRƏLİ” Xaricdə Təhsil Mərkəzi yaradılır – VİDEO

26 Aprel 2011 11:12
Baxış: 395
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"İRƏLİ" İctimai Birliyi təhsilini xaricdə davam etdirmək və ya başlamaq istəyən gənclərə dəstək olmaq məqsədilə "İRƏLİ" Xaricdə Təhsil Mərkəzinin fəaliyyətə başlamasına qərar verib.

Birlikdən Milli.Az xəbər portalına daxil olan məlumata görə, mərkəz "İRƏLİ" İctimai Birliyi və Böyük Britaniyanın "Caspian-Khazri" Cəmiyyətinin təşkilatçılığı ilə fəaliyyətə başlayır. Mərkəz hər bir müraciət edən şəxsin potensialına uyğun olan fərdi inkişaf strategiyası hazırlayır. Dünyanın aparıcı təhsil şirkətləri ilə mövcud olan əməkdaşlıq sayəsində  "İRƏLİ" Xaricdə Təhsil Mərkəzinə müraciət edən hər bir şəxsin qabiliyyəti və arzusuna uyğun olan xarici təhsil müəssisəsində təhsil almasına zəmanət verir."İRƏLİ" Xaricdə Təhsil Mərkəzi mövcud proqram çərçivəsində aşağıdakı istiqamətlər üzrə xidmətlər təklif edir:

- Bakalavr, magistratura, doktorantura pillələrinə qəbul;
- Xaricdə VİP məktəblər;
- Xaricdə yay kursları;
- İELTS və TOEFL kursları;
- Peşəkar ixtisas kursları;
- Təqaüd proqramları.
- Xarici universitetlərə qəbul üçün şəraitin yaradılması (Xidmət çərçivəsində xarici universitetlərin və müvafiq xidmətlərə uyğun olan qiymətlərin əks olunduğu kataloqun təqdim olunması və istənilən tələbəyə öz nəticələrinə uyğun olaraq arzu etdiyi universiteti seçməsinə şəraitin yaradılması)

-  "British Council" ilə birlikdə peşəkar xarici dil kurslarının, xüsusilə IELTS kurslarının təşkili

- Xarici universitetlərə uğurla qəbul olmuş gənclərə və ya xaricdə təşkil olmuş proqramlarda iştirak etmək istəyən şəxslərə viza dəstəyi

- 30-a qədər xarici ölkə üzrə konsaltinq və qeydiyyat xidmətləri

- Bir sıra fərdi, ixtisasartırma, yay proqramlarının təşkili.



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.