Cəmiyyət

Sevgilinlə barışmaq istəyirsən?

6 Avqust 2016 20:59
11 Şərh     Baxış: 1 816
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sevgilinizlə ayrıldığınız üçün hələ də depressiyadasınız?

Milli.Az atv.az-a istinadən bildirir ki, onunla barışmaq üçün hər cür yola əl atırsınız, ancaq heç bir faydası yoxdur? Onda məsləhətimizə əməl edin.
 
1. Özünüzə qarşı səmimi davranın
 
Keçmiş sevgilinizlə barışmaq istəyirsinizsə, ilk öncə bunu nə üçün istədiyinizə 100 % əmin olun. Onun üçün həqiqətənmi darıxırsınız, ya boş günlərinizdə təklik sizi sıxır? Əgər sadəcə onunla olanda öyrəşdiyiniz nələrsə üçün darıxırsınızsa, bu zaman onunla barışsanız belə, bir müddət sonra yenə eyni vəziyyətə qayıdacaqsınız.
 
 2. İlk öncə dost olduğunuza əmin olun
 
Ən böyük sevgi dostluqdan başlayar deyirlər. Yaşadığınız ayrılıqlarınız ona bu gözlə, dost kimi baxmanıza mane ola bilər. Buna görə ayrılsanız da, birgə vaxt keçirin, dost kimi görüşün, əylənin, bir-birinizə dost kimi davranın.
 
3. Aranızdakı problemi açıq şəkildə müzakirə edin
 
Ayrılmanızın səbəbi müxtəlif şeylər ola bilər. Mübahisə etmədən aranızdakı bu problemi müzakirə etməlisiniz. Danışmaq hər iki tərəfə də müsbət təsir edəcək.
 
4. Sakit davranın
 
Sevgilinizi çox sevirsinizsə, barışmaq ərəfəsində sakit olmağın faydası var. Bi-birinizi yaxşı tanıdığınızı düşünsəniz də, amma inanın ki, ayrılıq dönəmində xasiyyətiniz xeyli dəyişilib. Bir-birinizə vaxt verin.
 
 5. Uzaqlaşmağa, ayrılığı qəbul etməyə hazır olun
 
Barışmağa istəklisiniz və "nə olursa olsun sevgilimlə barışım", - deyirsiniz. Ancaq ola bilər ki, barışıb yenidən dalaşasınız. Buna görə barışmağa çalışmadan öncə hər şeyi yaxşı düşünüb qərar verin. Bəlkə də ayrılığı qəbul edib getmək daha xeyirlisidir.     

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.