Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
BŞBPİ və Bakı Şəhər Prokurorluğu İctimai Palatanın bugünkü aksiya cəhdi ilə bağlı açıqlama yayıb
17 Aprel 2011 20:15
Baxış: 413
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakı şəhər Baş Polis İdarəsi və Bakı şəhər Prokurorluğu İctimai Palatanın bugünkü razılaşdırılmamış aksiya cəhdi ilə bağlı açıqlama yayıb.
APA-ya daxil olan birgə açıqlamada bildirilir ki, özünü İctimai Palata adlandıran quruma daxil olan ayrı-ayrı radikal müxalifət partiyaları və təşkilatlar 2011-ci il aprelin 17-də N. Nərimanov adına kinoteatrın qarşısında mitinq keçirmək barədə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib.
Müraciətə baxılaraq "Sərbəst toplaşmaq azadlığı haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin I hissəsinə əsasən ictimai mənafelərin qorunması, ictimai asayişin pozulmasının qarşısının alınması, iğtişaş və cinayətlərin baş verməməsi, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə aksiyanın paytaxtın mərkəzi hissəsində keçirilməsi onun yerinin dəyişdirilməsi formasında məhdudlaşdırılaraq Səbail rayonunun Bibiheybət qəsəbəsindəki stadion təklif olunub.
Müraciətin müəlliflərinə bu haqda yazılı məlumat verilib, habelə müəyyən edilməmiş yerlərdə keçiriləcək mitinqin qarşısının alınacağı və baş verə biləcək ictimai qayda pozuntusuna görə məsuliyyət daşıyacaqları barədə onlar Bakı Şəhər Baş Polis İdarəsi və Prokurorluğu tərəfindən rəsmi xəbərdar olunublar.
Lakin aksiyanın təşkilatçıları aprelin 17-də saat 16.00-dan başlayaraq ümumi sayı təxminən 150 nəfərədək olan bir neçə qrupla müxtəlif istiqamətlərdən paytaxtın "Sahil bağı"nda toplaşmağa cəhd göstərib. Polis orqanları tərəfindən "Sərbəst toplaşmaq azadlığı haqqında" Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin II hissəsinə əsasən toplantının təşkilatçılarının və iştirakçılarının dağılışmaq barədə məlumatlandırılmasına, əks halda qanunvericiliyə uyğun tədbirlərin görüləcəyi haqda dəfələrlə xəbərdar olunmalarına baxmayaraq bu tələb yerinə yetirilməyib.
Görülmüş tədbirlərlə ictimai qaydanı pozan hərəkətlərin qarşısı alınaraq qanunsuz aksiyanın 65 iştirakçısı saxlanılıb. Onlardan 40 nəfərinin əməlləri ərazi polis bölmələrində müvafiq qaydada sənədləşdirilərək toplanmış materiallar qanunla müəyyən edilmiş tədbirlərin görülməsi üçün aidiyyəti məhkəmələrə göndəriləcək. İzahatları alınmış daha 25 nəfər, hüquqazidd hərəkətlərin yolverilməzliyi barədə rəsmi xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıb.
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
Leyla Əliyeva və Arzu Əliyeva “CandyFest” yay festivalını ziyarət edib və “Sehrli mirvari” su sirki şousunu izləyiblər - (Foto)
-
Leyla Əliyeva və Arzu Əliyeva Bakı Bulvarında mövsümi güllərin əkilməsi aksiyasında iştirak ediblər - (Foto)
-
Leyla Əliyeva və Arzu Əliyeva Dənizkənarı Milli Parkda açılış və təqdimat mərasimlərində iştirak ediblər - (Foto)
-
Yağışlı hava ilə bağlı DYP-dən vacib müraciət
-
FHN hava şəraitinin kəskin dəyişməsi ilə bağlı xəbərdarlıq etdi
-
Bakıya leysan və dolu yağacaq - Əhaliyə xəbərdarlıq
XƏBƏR LENTİ
-
Kadir İnanırın son istəyi nə olub? - Qardaşı oğlu danışdı
-
Ukrayna “Flaminqo” raketlərindən istifadə edib?
-
Bakı-Sumqayıt yolunda yük maşınının qapısı sınıb yola düşdü - VİDEO
-
İran XİN ABŞ-ı 18 iyun memorandumunu pozmaqda ittiham etdi
-
Rusiya vətəndaşlığı üçün rüsum 12 dəfə artırıldı
-
Leyla Əliyeva və Arzu Əliyeva “CandyFest” yay festivalını ziyarət edib və “Sehrli mirvari” su sirki şousunu izləyiblər - (Foto)
-
Leyla Əliyeva və Arzu Əliyeva Bakı Bulvarında mövsümi güllərin əkilməsi aksiyasında iştirak ediblər - (Foto)
-
Leyla Əliyeva və Arzu Əliyeva Dənizkənarı Milli Parkda açılış və təqdimat mərasimlərində iştirak ediblər - (Foto)
-
Qızıl və gümüşün qiymətində artım qeydə alındı
-
DÇ-2026-da qrup mərhələsinə yekun vurulur
-
Sabunçuda evin həyətindən 28 yaşlı kişi meyiti tapılıb
-
İran ABŞ bazalarına zərbələr endirdi
-
Paytaxt və rayonlarda qanunsuz silah-sursat aşkarlandı
-
Dörd günlük güclü maqnit qasırğası olacaq
-
Son sutkada 4 dələduz tutuldu, 34 kiloqramdan çox narkotik dövriyyədən çıxarıldı
-
Pakistanda güclü zəlzələ oldu
-
Yağışlı hava ilə bağlı DYP-dən vacib müraciət
-
DÇ-2026: Günün oyunları və nəticələri
-
FHN hava şəraitinin kəskin dəyişməsi ilə bağlı xəbərdarlıq etdi
-
Venesuelada növbəti zəlzələ qeydə alındı
-
Dünya bazarında neftin qiyməti yenidən enib
-
Bu gün UFC Fight Night Baku keçiriləcək
-
Bakıya leysan və dolu yağacaq - Əhaliyə xəbərdarlıq
-
“Nissan” 600 mindən çox avtomobili geri çağırır