Cəmiyyət

Təhsil Nazirliyi sabah 9 və 11-ci siniflər üçün sonuncu yoxlama imtahanı keçirəcək

16 Aprel 2011 11:18
Baxış: 520
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Təhsil Nazirliyi aprelin 17-də Azərbaycanda ümumi orta və tam orta təhsil səviyyələri üzrə sonuncu yoxlama imtahanını keçirəcək. Nazirliyin şagird nailiyyətlərinin qiymətləndirilməsi şöbəsindən APA-ya verilən məlumata görə, imtahanlar Ağdam, Ağstafa, Bərdə, Füzuli, Gədəbəy, Qazax, Şəmkir, Tovuz və Yevlaxda olacaq.

Ölkə üzrə orta məktəblər və peşə liseylərində yoxlama imtahanlarının keçirilməsinə fevralın 13-dən başlanılıb.

Şöbədən bildirilib ki, yoxlama imtahanının nəticələri keçirildiyi tarixdə jurnala yazılır. Şagirdlərin fənlər üzrə ikinci yarımillik qiymətləri yoxlama imtahan nəticələri nəzərə alınmaqla çıxarılacaq.

İyunun 2-dən başlayaraq isə artıq respublika üzrə ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanlarının keçirilməsinə başlanacaq. İlk imtahanlar iyunun 2-də Şirvan şəhəri, Ağcabədi, Hacıqabul, Kürdəmir, Saatlı, Sabirabad, Beyləqan, İmişli, Ucar, Zərdab, Laçın və Cəbrayılda olacaq. İyunun 4-də Sumqayıt, Abşeron, Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran və Xızıda, iyunun 7-də Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Qax, Qobustan, Şəki, Zaqatala, Balakən, Lerik və Yardımlıda, iyunun 10-da Gəncə, Mingəçevir və Naftalan şəhərləri, Ağsu, Ağdaş, Göyçay, Samux, Daşkəsən, Goranboy, Göygöl, Xocavənd və Tərtərdə, iyunun 13-də Ağdam, Ağstafa, Bərdə, Füzuli, Gədəbəy, Qazax, Şəmkir, Tovuz və Yevlaxda, iyunun 16-da Astara, Biləsuvar, Cəlilabad, Lənkəran, Masallı, Salyan və Neftçalada, iyunun 17-də Bakıda keçiriləcək. Peşə liseylərində buraxılış imtahanları isə aprelin 24-də olacaq.

Attestata yazılacaq yekun qiymət şagirdin fənn üzrə yoxlama imtahanının nəticələri, X və XI siniflərin illik qiymətləri və buraxılış imtahanı qiymətləri əsasında hesablanacaq. Şəhadətnaməyə yazılacaq yekun qiymət şagirdin fənn üzrə yoxlama imtahanının nəticələri, VIII və IX siniflərin illik qiymətləri və buraxılış imtahanı qiymətləri əsasında müəyyənləşəcək.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.