Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanda mədəsindən 2 kq tük çıxan qız artıq evə buraxıldı
15 Aprel 2011 16:46
Baxış: 564
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanda mədəsindən 2 kq tük çıxan qız artıq evə buraxılıb. ANS telekanalının məlumatına görə, cərrahiyyə yolu ilə mədəsindəki 2 kiloqram tükdən azad olan Qəbələ sakini 15 yaşlı Fatma Osmanova 7 günlük stasionar müalicə alıb. Daha sonra bu, ambulator müalicə ilə əvəzlənib.
Xəstənin həkimi, professor cərrah Fariz Camalov bildirib ki, sonrakı dövrdə də həmin xəstə ilə əlaqə saxlayacaqlar: "Məsləhət görmüşük ki, 1 aydan sonra yenə də müayinə üçün gəlsin. Zaman-zaman müayinələri davam etdirəcəyik. Bu proses yenə də əmələ gələ bilər. Çünki bu anadangəlmə və yaxud sonradan qazanılma ola bilər. Xəstə hazırda tam normal adamlar kimidir, yəni xəstə deyil, sağlam adam kimi qidalana bilər".
Xatırladaq ki, 15 yaşlı Fatma Osmanova valideynləri tərəfindən kəskin köp və mədə ağrıları şikayəti ilə rayonda yerləşən diaqnostika mərkəzinə aparılıb. Müayinədən sonra həkimlər onu təcili olaraq Bakıya, Respublika Klinik Xəstəxanasına göndərmək qərarına gəliblər. Bakıda müayinə zamanı qızın mədəsindəki fitiobezuar, yəni tükdən ibarət bərkimiş kütlə bütün həkim heyətini dəhşətə gətirib. Kütlənin nə az nə çox, düz 2 kiloqramdan artıq çəkisi olub.
Professor cərrah Fariz Camalov bildirib ki, qız xəstəxanaya gətiriləndə mədəsində toplanan "qida" onun nəinki mədəsinin, həm də 12 barmaq bağırsağına qədər yığılaraq həmin orqanların bütün divarlarına pərçimlənib. Cərrahiyyənin ən ağır patalogiyası formasında olan qızı dərhal əməliyyat stoluna qaldırıblar. Əməliyyat ağır keçsə də, məharətli əllər mədənin və 12 barmaq bağırsağın formasını alan tük kütləsini orqandan azad edib.
Həkim izah edib ki, bu çəkidə kütlənin mədədə formalaşması isə bir neçə səbəbdən ola bilər. Birinci qazanılma, yəni uşaq saçını uda bilər. Elmdə də daha çox bu versiya üzərində dururlar. Lakin kütlənin anadangəlmə törəyə biləcəyi versiyası da var.
Onu da bildirək ki, əməliyyat zamanı həkimlər qızın orqanlarından 2 kiloqram tüklə yanaşı, onun qarın boşluğundan həm də 5 litrə yaxın çirkli maye çıxarıblar.
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
İmtahanda ən yüksək nəticə göstərən 7 nəfər (Foto)
-
Anar Bayramov daha üç xəstəxananın direktorunu işdən çıxardı
-
Zibillikdə tərk edilən “Chevrolet Cobalt”ın sahibi müəyyən edildi - Yenilənib
-
ABB kartı olanlar diqqət: Vəsaitlər silinir - (Foto)
-
Hamburqda AZAL-a məxsus ilk Airbus A321neo təyyarəsinin təhvil verilməsi mərasimi keçirilib - (Foto)
-
Sabah çimərliklərdə dəniz suyu 25 dərəcəyədək isinəcək
XƏBƏR LENTİ
-
Günün qoroskopu: Özünüzə olan inamınız bu gün zirvədədir
-
Anderson Premyer Liqanın ən bahalı transferi ola bilər
-
İmtahanda ən yüksək nəticə göstərən 7 nəfər (Foto)
-
Sadiq Abbaslı bıçaqlandı (Foto)
-
Yedidən yetmişə hər kəsin sevdiyi ləzzət: Bolonez souslu makaron
-
Milli Məclisin İnsan hüquqları komitəsinin növbəti iclası keçirilib (Foto)
-
Mətanət İsgəndərli: “Sanki övladını aparıblar, amma demirlər kimindir”
-
Qərbi azərbaycanlıların qayıdışı ilə bağlı ABŞ Konqresinə müraciət ünvanlanıb
-
Sarımsaqların aylarla kiflənmədən qalmasının sirri: "1 ovuc düyü"
-
"Sabah" Rumıniya klubu ilə heç-heçə etdi
-
Köp niyə yaranır və ondan necə xilas olmaq olar?
-
"Fənərbağça" Meyson Qrinvud ilə razılaşdı (Foto)
-
Kabinetdə çəkilən video İraqı ayağa qaldırdı: Rəhbər şəxslər vəzifələrindən uzaqlaşdırıldı (Foto)
-
Azərbaycan Avrasiyada nəqliyyat, ticarət və kooperasiya gündəliyinin mühüm iştirakçısına çevrilir - (Foto)
-
Şotlandiya Braziliya matçı ləngiyə bilər
-
Anar Bayramov daha üç xəstəxananın direktorunu işdən çıxardı
-
Kürdəmirdə yük maşını aşıb - Xəsarət alan var
-
I ixtisas qrupu üzrə bir abituriyent 700 bal toplayıb (Foto)
-
Qəbul imtahanının nəticəsi açıqlandı
-
Bank kartlarındakı problemlə bağlı Mərkəzi Bankdan AÇIQLAMA
-
"Eşref Rüya"nın aktyoru Tolqa Tekin yeni serialda (Foto)
-
Sabah Lənkəranda qaz olmayacaq
-
Naxçıvanda çaylardan sel keçir
-
Toyuqları belə şəraitdə kəsib satışa çıxarırmışlar - (Foto)