Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
“Cırtdan” Respublika Uşaq İstirahət və Sağlamlıq mərkəzinin açılışı olub
15 Aprel 2011 22:19
Baxış: 7 740
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Mərkəzin açılşına gənclər və idman naziri Azad Rəhimov da qatılıb. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Milli.Az xəbər portalına daxil olan məlumata görə, "Cırtdan" Respublika Uşaq İstirahət və Sağlamlıq Mərkəzi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 fevral 2008-ci il tarixli Sərəncamına əsasən inşa edilmişdir.
Sovet illərində uşaq düşərgəsi kimi fəaliyyət göstərən bu məkanda daim çoxlu sayda uşaq və yeniyetmələr hər yay öz istirahətini maraqlı keçirirdilər. Azərbaycan dövləti öz müstəqilliyini bərpa etdikdən sonra da düşərgə fəaliyyətini davam etdirib və 2000-ci ildən Gənclər və İdman Nazirliyinin strukturuna daxil edilib. Hər il bu mərkəzdə 1500 nəfərə yaxın uşaq və gənc istirahət edir. Xüsusi diqqət aztəminatlı ailələrə və sağlamlıq imkanları məhdud olan yeniyetmələrə verilir. Mərkəzin maddi-texniki bazasının köhnəlməsi və müasir standartlara cavab verməməsi ilə əlaqədar düşərgədə yenidənqurma işlərinin həyata keçirilməsi qərarı verilmişdir. Beləliklə, sifarişçisi Gənclər və İdman Nazirliyi olan mərkəzin əsaslı təmirinə 2008-ci ilin dekabr ayından başlanılıb.
Mərkəz aşağıdakı bölmələrdən ibarətdir:
2 mərtəbəli əsas korpus - burada 112 çarpayı yerlik yataqxana otaqları, 100 nəfərlik yeməkxana, ərzaq məhsullarının saxlanılması üçün anbar və mətbəx, trenajor zalı, hər mərtəbədə həkim otağı, tərbiyəçi-müəllim otaqları, sanitar qovşaqlar, duş otaqları, foyedə televiziya izləmə yerləri, təsərrüfat və.s köməkçi otaqlar yaradılıb.
Yaradıcılıq binası - burada 20 nəfərlik konfrans zalı, kompüter tədrisi otağı, şahmat və stolüstü oyunlar otağı, təsviri-incəsənət otağı, digər dərnək otaqları və köməkçi otaqlar var.
Qonaq evi - burada 3 ədəd 4 və 2 çarpayı yerlik otaqlar vardır, hər 3 otaqda sanitar qovşaq və duş otaqları var.
İnzibati bina - burada direktor və müavin otağı, metodist-təlimatçı otağı, mühasibatlıq, arxiv, sanitar qovşaq, və.s köməkçi otaqlar var.
Mərkəzin ərazisində süni ot örtüklü futbol meydançası, basketbol-voleybol meydançası, açıq üzgüçülük hovuzu, bədən tərbiyəsi məşqləri üçün kiçik meydança, açıq havada müxtəlif tədbirlərin keçirilməsi üçün 55 oturacaq yerlik səhnə, 6 ədəd açıq havada köşk-çardaqlar (besetka), sanitar qovşaqlar, yaradılıb.
Mərkəzin bütün binalardakı otaqları kondisionerlər və mebel avadanlıqları ilə, yeməkxana müasir mətbəx avadanlıqları ilə təchiz edilib.
Bundan başqa, Mərkəzin 1350 kv.m. sahəsində yaşıllaşdırma işləri yerinə yetirilmiş, içməli su və yanğına qarşı yeraltı su anbarları, binaları isti su və istiliklə təmin edəcək avtonom istilik qazanxanası, elektrik enerjisi təminatı üçün transformator yarımstansiyası da əsaslı təmir edilərək yeni müasir avadanlıqlarla təchiz edilib. Mərkəzin daimi qaz, işıq, su təchizatı üçün yeni kommunikasiya xətləri çəkilib.
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
Sabah çimərliklərdə dəniz suyu 25 dərəcəyədək isinəcək
-
Eviniz hər an saxta etibarnamə ilə satıla bilər - Ali Məhkəmədən İZAH
-
MİQ imtahanlarında yeni qayda
-
Bakıda qeyri-adi hadisə: Zibillikdən “Chevrolet Cobalt” tapıldı
-
Naxçıvana uçuşlar ləğv edildi
-
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
XƏBƏR LENTİ
-
Fransada Ebola həyəcanı - İlk yoluxma halı qeydə alındı
-
Sabah çimərliklərdə dəniz suyu 25 dərəcəyədək isinəcək
-
“Artıq onun Bakıda neft emalı zavodları var” - Nəsrin Cavadzadə - (Foto)
-
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü həbs edildi - (Video)
-
FETÖ-yə qarşı növbəti əməliyyat - 128 nəfər həbs edildi
-
"Zəhranı xilas etmək üçün ciddi cəhd göstərilmədi" - Fərhad Mehdiyev
-
Eviniz hər an saxta etibarnamə ilə satıla bilər - Ali Məhkəmədən İZAH
-
Nehrəmli Nəimi Amiral ABŞ-nin Pakistandakı hərbi attaşesi oldu
-
MİQ imtahanlarında yeni qayda
-
Bakıda qeyri-adi hadisə: Zibillikdən “Chevrolet Cobalt” tapıldı
-
Sinoptiklərdən xəbərdarlıq: İyunun 25-də intensiv yağış və dolu gözlənilir
-
Naxçıvana uçuşlar ləğv edildi
-
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
-
Uşaqlara Crocs ayaqqabılar geyindirməyin - Səbəb
-
Məktəb direktorluğu üçün elektron sənəd qəbulu 29 iyundan başlayır
-
Kredit borcu olan vətəndaşlara hansı güzəştlər ediləcək?
-
Avtomobildə sıxılı vəziyyətdə qalan vətəndaş xilas edildi - (Video)
-
Bakı-Tbilisi qatarına biletlərin qiymətləri ucuzlaşdı - (Foto)
-
"Nəvələrimə smartfon vermirəm" - Qırğızıstan prezidenti
-
Xankəndidə kuryer işləyən tələbəni maşın vurdu
-
Füzulidə evin həyətindən kişi meyiti tapıldı
-
Leyla Əliyevanın təşəbbüsü ilə Dübəndi yaşayış sahəsində təmizlik aksiyası təşkil edilib - (Foto)
-
Çimərlik istiqamətinə yeni avtobus marşrutları açıqlandı - Hansı xətt hara gedir?
-
Türkiyənin iki bölgəsində dron həyəcanı: Biri bağçaya, digəri tarlaya düşdü