Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanda Aşağı Ayıblı kəndi olmayacaq
11 Aprel 2011 16:41
Baxış: 1 902
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli Məclis yanında Toponimiya Komissiyasının iclası keçirilib. APA-nın məlumatına görə, iclasda çıxış edən komissiyanın sədri, akademik Budaq Budaqov komissiyaya Abşeron, Goranboy, Şamaxı və Tovuz rayonlarının bir sıra yaşayış məntəqələrinə yeni adların verilməsi, bəzi yer adların dəyişdirilməsinə dair təkliflərin daxil olduğunu açıqlayıb.
İclasda bildirilib ki, Abşeron rayon İcra Hakimiyyəti yerli əhalinin müraciətlərini nəzərə alaraq Masazır kəndinin bu kənddə anadan olmuş məşhur qəzəlxan Əliağa Vahidin şərəfinə Vahidabad, Goranboy rayon İcra Hakimiyyəti "cinli" sözünün yaxşı ifadə olunmamasını və əhalinin narahatlığını nəzərə alaraq Cinli Boluslu kəndinin Boluslu, Bəşirli kəndinin yerli sakinlərin təklifi nəzərə alınmaqla Əliabad, Şamaxı rayon İcra Hakimiyyəti isə Nağaraxana kəndinin Pirqulu adlandırılması təklifini irəli sürüb.
Bundan başqa, Tovuz rayon İcra Hakimiyyəti bir sıra kəndlərin adının dəyişdirilməsi təklifi ilə komissiyaya müraciət edib. İcra Hakimiyyəti kənd sakinlərinin narahatlığını əsas götürərək Aşağı Ayıblı kəndinin Eyyublu, Girzan kəndinin Hunan, Qəribli kəndinin yerləşdiyi Xınna dərəsinə əsasən Xınna adlandırılmasını istəyib. Tovuz rayon İH həmçinin SSRİ dövründə təhrif olunduğu üçün mənasını itirmiş 11 kəndin adının bərpası məsələsini də qaldırıb. İcra Hakimiyyətinin məktubunda qeyd edilir ki, SSRİ dövründə bir sıra kəndlərin adları təhrif olunub və bu, sonradan Milli Məclisin Ərazi vahidlərinin Dövlət Reyestrində təhrif olunmuş formada qeydə alınıb. Bunu əsas gətirərək Tovuz İcra Hakimiyyəti Azaplı kəndinin Azaflı, Hətəmlər kəndinin Hətəmallar, Xınnakirən kəndinin Xınna Kirən, İsakənd kəndinin İsaxan, Koxanəbi kəndinin Koxa Nəbi, Qandalar kəndinin Qandallar, Qazqulu kəndinin Qazıqulu, Qoçdərə kəndinin Köçdərə, Məsimlər kəndinin Məsimallar, Oskən kəndinin Öskən, Pələkli kəndinin Pələngli kimi qeydə alınmasını məqsədəmüvafiq sayıb.
İclasda həmçinin Ağcabədi rayon İcra Hakimiyyəti tərəfindən Ağcabədi rayonundakı Aşağı Mehrablı yaşayış məntəqəsinin Milli Məclisin Ərazi vahidlərinin Dövlət Reyestrində qeydiyyata alınması və 286 nəfərin yaşadığı, 1 orta məktəb, 1 uşaq bağçası, 1 klub və 1 tibb məntəqəsinin olduğu bu yaşayış məntəqəsinin kənd adlanmasına dair müraciətinə də baxılıb.
Müzakirələrdə bəzi yaşayış məntəqələrinin adlarının dəyişdirilərək yeni formada verilməsi razılaşdırılıb. Bəzi yer adlarının yenidən araşdırılması məqsədəuyğun sayılıb.
Milli.Az

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Gül sirkəsi: Faydaları, istifadə sahələri və diqqət edilməli məqamlar
-
Əsl kərə yağı, yoxsa bitki yağı?
-
Qulaqdakı bu xətt infarkt riskini göstərir
-
Səhərlər etdiyimiz bu səhv sağlamlığa təsir edir
-
Şadlıq evinin qarşısında səs-küy salanlar sərxoş olub - Polis insidentin qarşısını alıb - YENİLƏNİB VİDEO
-
Yayın vazkeçilməzidir, faydaları saymaqla bitmir
-
Uşaq bağçasındakı ərzaqları oğurlayırlar?
-
Şəhər həyatını tərk etdi - FOTO
-
Seçkilərin yekun nəticələri bu tarixdə açıqlanacaq
-
Tokayevin Paşinyana təbriki - Kremlə mesaj
-
Dünya çempionatının ilk matç tarixi qeyri-iş günü elan edildi
-
İnternat məzunu Səbinənin təmtəraqlı toyu: Tanınmış simalar onu tək qoymadı - VİDEO
-
Günün qoroskopu: İnsanlar sizdən ilham alacaq
-
İsveçrədə Qarabağ atına həsr olunan abidə açılıb - FOTO
-
“Real Madrid” onun üçün150 milyon ödəyəcək - FOTO
-
Pezeşkian Paşinyanı bu sözlərlə təbrik etdi
-
Tanınmış müğənninin evinə raket qalıqları düşdü - FOTO
-
“Barselona”nın növbəti baş məşqçi namizədi müəyyənləşdi
-
Azərbaycan ictimaiyyətinə ağır itki - FOTO
-
Vurulan gəmidə olan azərbaycanlının ailəsi danışdı: Hələ də xəbər yoxdur... - VİDEO
-
Bakının iki rayonunda işıq olmayacaq - YENİLƏNİB
-
Azərbaycan və Gürcüstan regional əməkdaşlıq məsələlərini müzakirə ediblər - FOTO
-
Azərbaycan və Suriya arasında ilk konsulluq məsləhətləşmələri keçirilib (FOTO)
-
Azərbaycan-Türkiyə müttəfiqlik münasibətləri müzakirə edildi - FOTO