Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Şəkər xəstələri hansı problemlə üzləşirlər?
10 Aprel 2011 16:33
Baxış: 777
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Əsrin əvvəli ilə müqayisədə şəkərli diabet xəstələrində şəkərli diabet və digər şəkərsalıcı dərmanlarla təminatında müsbət irəliləyiş var. Lakin Azərbaycanın bəzi şəhər və rayonlarında yaşayan xəstələr onlara həkimlər tərəfindən təyin edilmiş insulin, digər şəkərsalıcı dərmanlar və qlyukometrlər üçün test çubuqlarla lazımı miqdarda təmin edilmirlər". Bu barədə "Şəkərli diabet xəstələrinə dövlət qayğısı yetərincədirmi?" mövzusunda keçirilən tədbirdə Azərbaycan Diabet Cəmiyyətinin sədr müavini Akif Muxtarov deyib.
Onun sözlərinə görə, bunun əsas səbəbi dövlət proqramı əsasında ayrılmış maliyyə vəsaitinin şəhər və rayonların yerli büdcəsində əriyərək heç də tam miqdarda ünvanına çatdırılmamasıdır: "Digər tərəfdən, hər ilin əvvəlində bu rayonların mərkəzi xəstəxanalarının dərman və digər tibbi ləvazimatının alqı-satqısı üzrə keçirdikləri tenderlərdə farmaseptik firmalarla bilavasitə istehsalçıdan mal alanlar deyil, "əldən-ələ" alver əməliyyatı keçirən depo və apteklər iştirak edir. Nəticədə insulin və şəkərsalıcı dərmanlar Bakıdakı adi diabet apteklərində satılan qiymətdən 2 dəfə baha qiymətə alınır".
Sədr müavini şəkərli diabetli xəstələrin şikayətləri sırasında onlara verilmiş qlyukomtrlərlə qanda şəkərin miqdarını müəyyən etmək üçün test çubuqlarının ya çox az, ya da heç verilməməsilə bağlı olduğunu deyib: "Bu test çubuqları baha qiymətə satıldığından şəkərli diabetli xəstə uşaqların valideynləri və insunildənasılı 2-ci tip ŞD xəstələr daha çox müraciət edirlər. ŞD xəstələrinin müalicəsində özünənəzarətin daimi aparılması Dövlət Proqramında ehtiva edildiyi üçün hökumət və onun səlahiyyətli orqanları tezliklə bu problemə əncam çəkməlidirlər".
A.Muxtarovun sözlərinə görə, Azərbaycan Diabet Cəmiyyəti bu problemlər barədə Milli Məclisə, Səhiyyə və Maliyyə nazirliklərinə, Hesablama Palatasına müraciətlər edib və tövsiyələr verib: "Bizim müraciətlər nəticəsində artıq "2011-2015-ci illər üçün şəkərli diabet üzrə Tədbirlər Proqramı"nda tədbirlərin reallaşması üçün tələb olunan xərclərin maliyyələşdirilməsi müvafiq illər üzrə dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində "Səhiyyə" bölməsi üzrə nəzərdə tutulmuş vəsait dairəsində həyata keçiriləcək.
Bu o deməkdir ki, 2012-ci ildən başlayaraq şəkərli diabet üzrə dövlət tədbirlərinin həyata keçirilməsi üçün müəyyən ediləcək maliyyə vəsaiti bütünlüklə mərkəzləşdirilmiş halda Səhiyyə Nazirliyinin sərəncamına veriləcək. Səhiyyə Nazirlikdə hər bir şəhər və rayon üzrə diabet xəstələrinin dəqiq statistik məlumatları var. Şübhəsiz ki, bu məlumatlara istinad edərək nazirlik hər bir şəhər və rayon mərkəzi xəstəxanaları üçün tələb olunan insulin və digər şəkərsalıcı dərmanları ayıracaq".
"Ekspress" qəzeti

DİGƏR XƏBƏRLƏR
-
Sabah Məhərrəm ayı başlayır
-
Müdafiə naziri Milli Qurtuluş Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
-
Dövlət Məşğulluq Agentliyi fəaliyyət göstəricilərini açıqladı
-
Baş nazir Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
-
Bakıda torpaq bazarında yeni qiymətlər açıqlandı
-
Bakıda 80 yaşlı qadının hovuz görüntüləri gündəm oldu - VİDEO
XƏBƏR LENTİ
-
Matçın ilk 30 dəqiqəsində topa toxunmadı
-
Hörmüzün tam açılacağı tarixi açıqlandı
-
Gəncədə iki avtomobil toqquşub - xəsarət alanlar var
-
“Qalatasaray” keçmiş futbolçusunu geri qaytarır
-
"Onu oxuyanda gözlərim doldu, ölsəm, balalarımı kim saxlayacaq"
-
ABŞ-İran anlaşmasını Tramp, Vens və Qalibaf imzalayıblar
-
Mundial tarixinin ən sürətli 2-ci qolu
-
Naxçıvan reysində qorxulu anlar: Qadın qapını açmaq istədi
-
Ed Şiran səhnədən getdi
-
İspaniya - Kabo-Verde millilərinin start heyətləri açıqlandı
-
Görünüş məsafəsi məhdudlaşacaq
-
Noyer DÇ-2026-da rekord qırdı
-
ABBA-nın üzvü vəfat etdi - FOTO
-
Mahsun Kırmızıgül Bakıya tanınmış iş adamının oğlunun toyuna gəlibmiş
-
Ətçəkənin bıçaqlarını itiləməyin sadə üsulu
-
Mundial başlayar-başlamaz istefaya göndərildi
-
"Kızılcık şerbeti"nin məşhur aktrisası vəfat etdi - FOTO
-
"100 min dollarlıq qolbağı itirdim, stresdən tanınmaz hala düşdüm"
-
Gəncədə sərnişin avtobusu avtomobilə çırpılıb, 8 nəfər xəsarət alıb - FOTO
-
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında “Hacı Qara” tamaşasının premyerası keçiriləcək
-
Nazim Sadıxov artıq Bakıda: “Yenidən tarix yazmağa hazıram” - FOTO
-
Vuçiç ilk dəfə Gürcüstanda
-
Tovuzda kanalda meyit tapılıb
-
Ağdamda çobanlar arasında dava qanla bitdi