Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Deyirlər ki, kef olacaq...
4 Mart 2010 14:36
Baxış: 661
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Keçən il Danimarkada yaşayan bir azərbaycanlı qızcığaz orta məktəb şagirdləri arasında keçirilən "Ən çox kitab oxuma" yarışmasında qalib gəlmişdi. Məni heyrətləndirən bu fakt deyildi, onsuz da azərbaycanlı uşaqların da dünyadakı bütün uşaqlar kimi istedadlı olduğuna inanıram, yetər ki, buna şərait olsun. Mənə həmin məktəbli qızın kitabları oxuduğu vaxt haqda yazılanlar maraqlı gəlmişdi. Deyilirdi ki, uşaq 45 günlük yay tətili müddətində filan qədər - üzürlü sayın, sayı unutmuşam - kitab oxuyubdur.
Sonra öyrəndim ki, İngiltərədə, Almaniyada, ümumiyyətlə, Avropanın bir çox ölkələrində məktəblilərin yay, o cümlədən qış tətili bizdəkinə nisbətən çox qısa olur. İndi özünüz baxın: Azərbaycan məktəblisi, o cümlədən müəllimi 3 ay yay boyunca tətil edir, dincəlir, ancaq onun Danimarkalı tayları bundan ikiqat az istirahət edir. Bəlkə biz Danimarkanı inkişafda ötüb-keçmişik, çox əziyyət çəkirik, ona görə daha çox dincəlirik?
Mart ayında biz lap kef çəkirik. Bu ilin martında qeyri-iş günü sayılan 8 mart, Novruz bayramı və şənbə-bazar günlərini də cəmləməklə düz 14 gün istirahət günü olacaq. Yazın ilk ayının təxminən yarısını, ondan sonra da bütün yayı camaatımız dincələcək. Bəs bu qədər vaxtı dincəlməyə sərf edən camaatın tərəqqisi mümkündürmü?
Əlbəttə, kimsə deyər ki, bu istirahət günləri rəsmi qurumlara, dövlət büdcəsindən maliyyələşənlərə aiddir, daha çox pul qazanmağa çalışan insanlar isə istirahət demədən il uzunu əlləşir. Ancaq dövlət qurumları işləmirsə, bu, özəl sektorun da işinə təsir göstərir, məsələn, biz jurnalistlər əməlli-başlı qıtlıq çəkirik, hər bayramda dövlət qurumlarından məlumat almaq, hər hansı olayla bağlı münasibət öyrənməyimiz mümkün olmur. Necə deyərlər, mart ayında jurnalistlərin "bazarı ölür". Amma yaxşıdır ki, camaatımız istirahət etmək üçün xeyli irəli düşür. Sonra da deyirlər "mart çıxdı, dərd çıxdı", bu martın nəyi dərddir? Əksinə, ən gözəl ay elə mart ayıdır.
İrəli düşür demişkən, elə başa düşülməsin ki, bütün günü yeyib-yatmağın tərəfdarıyam, yox, istirahət yaxşıdırsa, iş ondan da yaxşıdır, necə deyərlər, işləməyən dişləməz.
Klassiklərimizdən hansısa, yanılmıramsa Mirzə Cəlil hələ yüz il qabaq müsəlmanların geri qalmasının səbəblərindən biri kimi zamanın yelə verilməsini göstərmişdi. Yazmışdı ki, müsəlman ilin bir ayını məhərrəmlikdə ağlamaqla, bir ayını ramazanda orucluqla keçirir, həccə gedir, gündə 5 rükət namaz qılmağı və sairəni də bunların üstünə gələndə işləməyə heç vaxt qalmır. Doğrudan da dinin bu məsələdə böyük rolu var. Avropanın inkişafına ənənəvi xristianlıqdan uzaqlaşması, protestantizmin geniş yayılması təsir elədi, çünki protestantizm digər xristian kilsələrindən fərqli olaraq insanın ibadətlə gün keçirməsini deyil, əməklə məşğul olmasını önə çəkmişdi. Onlar deyirlər ki, Allaha sənin ibadətindən daha çox əməyin lazımdır. Buna bənzər bir gözəl el məsəlimiz var bizim: "Dua oxumaqla donuz darıdan çıxmaz".
Yerli bayramlarla xarici ölkələrin bayramlarını müqayisə edək. Amerika Birləşmiş Ştatlarında Yeni il, Şükranlıq günü, Milad kimi bizim Novruza bənzər bayramlar da içində olmaqla ildə cəmi 10 iş günü olmayan bayram var. Böyük Britaniyada da eyni qayda ilə, yəni dini bayramlarla birgə ildə cəmi 8 gün qeyri-iş günüdür. Almaniyada belə günlərin sayı 12-dir. Ümumiyyətlə, bütün Avropa Birliyində istirahət günü sayılan bayramların sayı isə 7 gündür.
Biz təkcə mart ayında rəsmi qərarla və yalnız Novruzu 5 gün bayram edirik. Çünki avropalılardan çox işləyirik. Bugünlərdə Avropa Birliyinin Azərbaycana "Yaxın qonşuluq proqramı" çərçivəsində 128 milyon avro yardım ayırdığı bildirildi. Halbuki, biz özümüz onlara yardım etməliyik - yazıq gündədirlər, durmadan çalışırlar, bir yana çıxa bilmirlər.
Ortada başqa paradoks da var. Avropalı il uzunu çalışır, sonra yığdığı pulla dünyanı gəzir, kefi harda istəsə istirahət edir. Biz isə il uzunu istirahət edirik, ancaq evimizin kandarına çıxa bilirik. Ortada dayanıb təsbeh çeviririk. Çünki avropalının istirahəti fərdi bir məsələdir, kütləvi deyil.
Təsbehdən söz düşmüşkən... Bir dəfə, ötən əsrin 90-cı illərində amerikalı jurnalist Azərbaycandan reportaj yazmışdı, onu ən çox təəccübləndirən küçələrdə dayanıb təsbeh çevirən adamlar olmuşdu. Onun cümləsini indi də xatırlayıram: "Adamlar iş vaxtı əllərində uzun muncuqlar küçədə dayanırlar".
Hə, bir də Krılovun qarışqa və cırcırama haqda məşhur təmsili yadıma düşdü.
Zamin Hacı
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyevin Şuşanın Kiçik Qaladərəsi kəndində sakinlərlə səmimi söhbəti - (Video)
-
Prezident İlham Əliyev Xocavənd rayonunun Quzeyxırman kəndində olub
-
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
-
Sabah Abşeron çimərliklərində külək güclənəcək
-
Prezident İlham Əliyev Şuşada “Yasəmən” hotelinin yeni korpusları ilə tanış olub - (Foto)
-
Müctəba Xameneidən sərt mesaj: Qisas mütləq alınacaq
XƏBƏR LENTİ
-
Sadettin Sarana qarşı narkotik ittihamı - 10 ilədək həbsi tələb olunur
-
Bakıda sağlamlıq mərkəzinin rəhbərini öldürüb gölün kənarına atdılar
-
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşanın Xocavənd rayonunun Quzeyxırman və Güneyxırman kəndlərində sakinlərlə görüşdən videoçarx paylaşılıb
-
Süni intellekt bəşəriyyəti dörd günə məhv edə bilər - İDDİA
-
Çin aviaşirkətləri tayfun səbəbindən 2800 reysi ləğv etməyi planlaşdırır
-
Matçda təhqiramiz ifadələr işlədən aktyor cərimələndi
-
Bu aylarda doğulan insanlar taleyini dəyişmək üzrədirlər
-
Prezident İlham Əliyev: Hər dəfə Qarabağda, Şərqi Zəngəzurda olanda və inkişafı görəndə ürəyim sevinir
-
Qaradağda ağır qəza - Ölən və yaralananlar var
-
Prezident İlham Əliyev: Dövlətimiz güclüdür, Ordumuz güclüdür, iradəmiz yerindədir
-
Prezident İlham Əliyev: Son 5-6 il ərzində xalqımız haqlı olaraq qürur hissi ilə yaşayır
-
Prezident İlham Əliyev: Hər dəfə keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdanda hamımız üçün bayramdır
-
Prezident İlham Əliyevin Şuşanın Kiçik Qaladərəsi kəndində sakinlərlə səmimi söhbəti - (Video)
-
Müctəba Xamenei atasının dəfn mərasimində niyə iştirak etməyib?
-
Slovakiya Prezidenti Azərbaycana səfər edəcək
-
Dünya çempionatından qayıdan afrikalı futbolçu öldü
-
Bakıda dənizdə batma təhlükəsi ilə üzləşən şəxs xilas edilib
-
"Real" klubu Vinisius Junior ilə yeni müqavilə barədə razılığa gəlib
-
Türkiyədə kişi çağırışa gedən polisi güllələyib öldürdü
-
Prezident İlham Əliyev “Xankəndi” hotelinin açılışında iştirak edib - (Foto)
-
Akademik Musiqili Teatrda "Şahmaran" tamaşasına daxili baxış keçirilib - (Foto)
-
Prezident İlham Əliyev Xocavənd rayonunun Quzeyxırman kəndində olub
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Şuşanın Kiçik Qaladərəsi kəndində sakinlərlə görüşü ilə bağlı paylaşım edilib - (Video)