Cəmiyyət

Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumu Bakıda qərargah açır

4 Aprel 2011 12:05
Baxış: 416
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Forumdan Milli.Az xəbər portalına daxil olan məlumata görə, təşkilatın əsas məqsədi xaricdə təhsil alan, həmçinin məzun olmuş azərbaycanlı gənclərin məqsədyönlü fəaliyyətini təşkil etmək, Azərbaycanın xaricdə təbliği sahəsində onlara köməklik göstərmək və bunun üçün münbit şərait yaratmaq, təcrübə mübadiləsi üçün uyğun platformalar təşkil etməkdir. Açılış mərasimində gənclər və idman Naziri Azad Rəhimov, Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov, təhsil nazirinin müavini Elmar Qasımov, millət vəkili Ceyhun Osmanlı, biznes strukturların nümayəndələri, ictimai xadimlər və digər qonaqlar iştirak edəcəklər.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.