Cəmiyyət

Deputat Rauf Əliyev: "Bakı Marafonu Azərbaycanın həyatında böyük hadisədir"

1 May 2016 10:52
Baxış: 2 107
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan paytaxtında keçirilən Bakı Marafonu böyük hadisədir. Bunu Trend-ə Milli Məclisin deputatı Rauf Əliyev deyib.

O bildirib: "Bu gözəl səhərdə burada bu gün bir çox insanlar - idmançılar, Azərbaycanda akkreditə olunmuş diplomatik missiyaların nümayəndələri və sadə insanlar bura toplaşıb. Əminəm ki, marafon iştirakçılarının sayı ildən-ilə artacaq".

Deputat qeyd edib ki, idman sağlamlığın təminatıdır: "O müxtəlif millətlərdən olan insanların və müxtəlif dini konfessiyalara mənsub insanların ünsiyyətinə kömək edir. Azərbaycan dünyaya öz tolerantlığını bir daha nümayiş etdirdi".

Qeyd edək ki, bu gün Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan Bakı Marafonu 2016-ya start verilib.

Dövlət Bayrağı Meydanından start götürən marafon 21 kilometrdir və Bakı Olimpiya Stadionunda başa çatacaq. 21 km-lik məsafənin qət edilməsinə maksimum 4 saat 30 dəqiqə vaxt verilib.

Ümumilikdə, şəhər sakinlərinin, qonaqların qoşulduğu Bakı Marafonu 2016-da iştirak etmək üçün 3621 nəfər qeydiyyatdan keçib.

Marafon saat 10:00-da başlayıb.

Marafonun əsas məqsədi Azərbaycanda idmanın inkişafına dəstək göstərmək, insanlar arasında, xüsusilə gənclərdə sağlam həyat tərzini təşviq etmək, onları xeyirxah məqsədlər naminə bir araya gətirməkdir.

Bakı Marafonundan toplanan vəsait Heydər Əliyev Fondunun valideyn himayəsindən məhrum olmuş uşaqlarla bağlı layihəsinə yönəldiləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.