Cəmiyyət

3 həkim imtahandan kəsildi - SİYAHI

1 Aprel 2011 18:00
Baxış: 640
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Səhiyyə Nazirliyi tərəfindən praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesinin növbəti imtahanının nəticələri bəlli olub. Nazirliyin rəsmi saytında yer alan məlumata görə, martın 30-da nefrologiya və laboratoriya işi ixtisasları üzrə keçirilmiş imtahanda ümumilikdə 45 həkim iştirak edib. İştirakçılardan 2 həkim 100 bal toplayaraq ən yüksək nəticələri göstərib. Ümumilikdə isə imtahanda iştirak edən həkimlərdən 42 nəfər (93%) uğurlu nəticələr əldə edib.

Qeyd edək ki, imtahanda keçid bal 60-dır. Bu balı toplamayan həkimlər yenidən imtahan verməlidirlər.

Növbəti test imtahanları otorinolarinqologiya və allerqologiya ixtisasları üzrə aprelin 6-da keçiriləcək.

Milli.Az





Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.