Cəmiyyət

Təhsil naziri məcburi köçkünlərin işlə təmin olunması barədə əmr imzalayıb

1 Aprel 2011 16:52
Baxış: 341
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Təhsil naziri Misir Mərdanov təhsil müəssisələrinin fəaliyyət göstərdiyi ərazilərə yaxın yerlərdə məskunlaşmış və işləməyən məcburi köçkünlərin vakant iş yerlərinə qəbulu ilə bağlı müvafiq tədbirlərin görülməsi barədə əmr imzalayıb. Trend-in məlumatına görə, bu barədə cümə günü Təhsil Nazirliyindən bildiriblər. Əmrdə həmçinin nazirliyin tabeliyində olan təhsil müəssisələrində çalışmış və özlərindən asılı olmayaraq iş yerindən məhrum olmuş məcburi köçkünlərə 2012-ci il yanvarın 1-dək orta aylıq əmək haqqının ödənilməsinin təmin edilməsi öz əksini tapıb.

Misir Mərdanov orta aylıq əməkhaqqı alan məcburi köçkünlərin dəqiqləşdirilmiş adlı siyahılarının qısa müddət ərzində Təhsil Nazirliyinə təqdim olunmasını tapşırıb.

Qeyd edək ki, Nazirlər Kabineti martın 9-da büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış, özlərindən asılı olmayan səbəblərə görə iş yerindən məhrum olmuş və işlə təmin olunmamış məcburi köçkünlərin sosial müdafiəsi üzrə əlavə tədbirlər barədə qərar verib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.