Milli.Az kulis.az-a istinadən Aliyənin "Qəliz yox, vacib kino" yazısını təqdim edir.
Ən yeni Azərbaycan kinosunda (ifadə şərtidir) bir neçə müsbət cəhət hər çəkilən filmlə daha aydın sezilir.
1. Bütün mümkünsüzlüklərə baxmayaraq, müstəqil kino nümunələri yaranır və nazirliyin kino layihələrindən fərqli olaraq kassaya - kinoteatra, prokata hədəflənir.
2. Kassaya yönəlik olmasına baxmayaraq son filmlərin sosial mesajı var və ictimai mövzulara, diskurslara qapalı olan TV və alternativ kütləvi vasitələrlə (məs. teleseriallar) müqayisə etsək, bu məsələdə onun necə deyərlər, analoqu yoxdur.
3. Bir ssenari ilə bütün ömrünü keçirən yaşlanmış rejissorlardan fərqli olaraq, bu filmlərin rejissorları gənclərdir və bu bapbalaca bir ümid yaradır ki, deyəsən proses başlayır. Hərçənd sevinmək tezdir, çünki ölkədə hələ də kinoya ciddi maliyyə ayıran qurum elə Mədəniyyət və Turizm Nazirliyidir.
Əlbəttə, başdan başlayaraq müstəqil kino, eləcə də kommersiya kinosu qarşısında onlarla belə maneə sadalamaq olar, amma əsas olan odur ki, bu prosesdəkilər gənclərdir və bu kinoda onların çılğın ruhu hiss olunur.
Kassaya yönəlik filmlərin bir müsbət cəhəti də var: vəziyyət bir anlıq da bu müəlliflərə reallığı unutmağa imkan vermir. Onlar çəkdiyi filmi öz avtobioqrafiyasına fəlsəfi-yaradıcı akt kimi yazmaq üçün yox, müəllif mərtəbəsinə yüksəlmək, özünü ifadə kimi subyektiv arzularla yox, konkret və real adamlar üçün - tamaşaçılar üçün çəkir. Aydın hədəf: çəkilən xərc tamaşaçıdan gələn gəlirə olmasa da diqqətə bərabər, heç olmasa yuvarlaq olmalıdır.
Kassa filmlərini motivasiya edən əsas amil budur. Sevindirici olansa odur ki, son filmlərdə ("Oğlan evi", "Pərdə") rejissorların ağrıları, narahatlıqları görünür. Və kütləvi kinolayihələr "bayağılıq hesabına kütləvilik" mərhələsindən "ciddi rəqabət" mərhələsinə keçə bilər.
Bura qədərki abzasları "Kinoda keyfiyyət dəyişikliyi" ifadəsini əsaslandırmaq üçün yazıram və inşallah ki, çox şişirtmirəm.
Hərçənd lap yenicə vizyona girən "Pərdə" dramında günorta seansında iki cüt-bir tək tamaşaçının olması filmlərin reklam-piar məsələlərinin axsadığını göstərir.
"Pərdə" hansısa sosial mesaj verməkdən daha çox, görüntünün üstündən pərdəni götürmək, reallığı çılpaqlığı ilə göstərmək niyyətindədir. Məqsəd tamaşaçını bu çılpaqlıqdan utandırmaqdır.
"Xəlqimin toy kimi bir adəti"nin fərdlərin sındırılması, şəxsiyyətin tapdanması, yalan, riya, saxtakarlıq hesabına başa gəldiyini göstərməkdir. Bu, elə özünəməxsus SOS siqnalıdır, rejissor deyir: bir ailənin təməli bunlarla qoyulur!
Ona görə ki, yazılmamış qanunlar var və nəyin bahasına olursa olsun, o qanunları davam etdirmək, qohum əqrəbanın, məhəllə-rayonun qınağından qurtarmaq lazımdır.
Bu məqamda "Pərdə"nin milli kinomuzda bir sələfi də var: "Bir cənub şəhərində" filmində də "qeyrət qanunları"na görə Murad Tofiqi bıçaqlamalıdır. Tamaşa xətrinə də olsa bunu etməlidir. "Pərdə" filmində də Zaur bacısını qaçıran Emini vurmalıdır. Halbuki, özü bu qaçırılmaya razılıq verib; həm də bacısının xoşbəxtliyi naminə dostu Eminlə bacısı Laləyə kömək edib, qaçış planını da əlbəttə ki, bilir...
Film başdan kiçik bir detalla tamaşaçıya bu planın baş tutmayacağına eyham vurur. Qardaşın razılığını alıb planına başlayan Emin ilk cəhddən maşının mühərrikini işə sala bilmir. Bu detalın hiss olunmadan şüurumuza ötürdüyü informasiya ilə filmə baxışımız dəyişir - bu andan etibarən Zaurun, Lalənin (Könül Cəfərzadə), Eminin (Zaur Şəfiyev) və Azərin (Azər Aydəmir) xoşbəxtlik çabaları onları hər tərəfdən əhatə edən bir torun arasındadır.
Ümumiyyətlə, filmdə detallar diqqətlə işlənir. Ananın (Zemfira Əbdülsəmədova) qızının gəlinliyinin ətəyini bu incə işə uyğun gəlməyən hikkə ilə tikməsi (bu epizod ananın qızına itirilən bakirəliyin fiziki olaraq qaytarması ilə paralelləşsə də, aktrisanın peşəkar oyunu sayəsində həm də onun öz qızına bir bədbəxtlik yamaması kimi də yozulur), Lalənin zorlandığı səhnədə kameranın otaqdakı qadın tablosuna fokuslanması (cansız tablonun diqqət mərkəzinə keçərək Laləni üstələməsi) və s.
Filmin baş qəhrəmanı Zaur (Tural Əhməd) isə filmin sonunadək öz coxqatlı gərginliyini aşıb çıxış yolu tapa bilmir.
Reallığı görmək, anlamaq bəs edirmi? Bütün bunlara qarşı çıxmaq üçün cəsarət harada qurtarır? Rejissor Emil Quliyevin filmi bu suallarla bitir.
Final açıq deyil - Zaur məğlub olur, bacısının xoşbəxtliyini uduzur. Süjetsə açıqdır. Biz şərti adı Lalə olan gəlin haqqında bir qəzetin intihar xəbərindən də oxuya bilərik.
Süjet həllərində Lalənin hamilə olması da diqqətdən qaçmır. Bu, rejissorun Laləni bədbəxtliklə yükləməsindən çox restoran xanələrində qadınlarla əylənib bakirə ev qızı almaq istəyən bəydən acıq çıxmasıdır.
Bir aralar publisistikada trend olan mövzular (mentalitet, yazılmayan qanunlar, toy adətləri, bakirəlik) kinoya gətirilir. Və o publisistikadan fərqli olaraq "Pərdə"də kənardan baxan adamın pafosu yoxdur.
Kinonun da gücü elə budur...
Milli.Az
Cəmiyyət
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Azərbaycanın “namus-qeyrət” filmi: "Pərdə"
26 Aprel 2016 22:50
1 Şərh
Baxış: 4 672
43576767.jpg)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Türkiyə millisi 10 nəfərlə Gürcüstana qalib gəldi
-
Tanınmış aparıcı efirə qayıtdı - FOTO
-
“Hacı xanım” məhlədə hamını şantaj edir” - Video
-
Rusiya Federal Vergi Xidməti Hüseyn Həsənovla bağlı qərar verdi
-
Türkan Şoray şəxsi həyatı ilə bağlı şok faktı öz kitabında etiraf etdi - "Mən də..."
-
Əfqanıstanda güclü zəlzələ oldu
-
"Hyundai"inin işçiləri tətil etdi - İş saatları azaldılsın
-
Vəfa Şərifovanı təhqir edən qadın məhkum olundu
-
5 min nəfərlik kənd uzun illərdir susuz qalıb
-
Rəşad Xalq artisti olan xalası və qızı ilə - FOTOlar
-
Bu yeməyi soyuducuda 5 gün saxlamaq olar - Açıqlama
-
Rusiya qəzaya uğrayan təyyarəyə görə kompensasiya ÖDƏYİB
-
Putindən Peskova: "Tənbəl" işləmək istəmir
-
Qızılı görün necə gizlədib qaçmaq istəyirdi
-
Madat Babayan xüsusi qəddarlığı ilə seçilən Ermənistan silahlı qüvvələrinin bəzi hərbçilərinin adlarını açıqlayıb - məhkəmə -FOTO
-
Bakıda toy yasa döndü - oğlan faciəvi şəkildə öldü
-
Baləlinin Rəşad Dağlı ilə həbsxanadan görüntüsü yayıldı - FOTO
-
Neymara bir milyon dollarlıq miras qoydu - FOTO
-
Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub - YENİLƏNİB
-
Sabah bu ərazilərdə qaz kəsiləcək - YENİLƏNİB
-
Damla üzünə həsrət qaldığı oğluna qovuşdu -
-
Kanadada özünü “kraliça” elan edən qadın saxlanıldı - FOTO
-
Üzün vaxtından tez qırışmasının 3 əsas səbəbi - Açıqlama
-
Bakı məktəblərində kağız jurnallar ləğv edilir