Cəmiyyət

Dabbətül-ərz nədir?

14 Aprel 2016 23:15
0 Şərh     Baxış: 3 229
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qurani-kərimdə qiyamət əlamətlərindən danışılarkən buyurulur: "Onlara deyilən söz yerinə yetdiyi (qiyamət yaxınlaşdığı) zaman onlar üçün yerdən (möminlərlə kafirləri xüsusi nişanla bir-birlərindən ayıran) bir canlı çıxardarıq ki, onlarla danışıb (Bizim adımızdan): "İnsanlar ayələrimizə inanmırdılar!" - deyər" (Nəml, 82).
Milli.Az islam.az-a istinadən bildirir ki, dabbətül-ərzin nədən ibarət olması barədə məlumatlar fərqlidir. Bəzi alimlər "dabbə" sözünün qeyri-insan cinsindən olan varlıqlara aid edildiyini sübut gətirərək yazırlar ki, qiyamətə yaxın bir zamanda bu əcaib canlı zühur edib öz görünüşü ilə insanları dəhşətə gətirəcək. Lakin digər alimlər "dabbə" sözünün yanlız heyvanlara deyil, insana da şamil olduğunu söyləmiş, Quranda bu sözün bütün canlılara aid edilidyini vurğulamış və "dabbə" sözünü "tərpənən, hərəkət edən varlıq" kimi mənalandırmışlar. Quran ayəsində də buyurulur ki, bu canlı insanlarla danışacaq. Elə isə, onun insan cinsindən olması daha inandırıcıdır. Bu alimlərin fikrincə, insan qiyafəsində olan dabbətül-ərz əlində Həzrət Musanın (ə) əsasını və Həzrət Süleymanın (ə) üzüyünü tutacaq. Əsa ilə kimə vuracaqsa, əgər o adam mömindirsə, alnında möminliyinə işarə edən yazı görünəcək. Əgər o adam kafirdirsə, alnında "bu, kafirdir" yazısı peyda olacaq.

Bəzi şiə hədislərində dabbətül-ərzin Həzrət Əli (ə) olduğu və bu ləqəbin ona Peyğəmbər tərəfindən verildiyi bildirilir. Bəzi alimlərin fikirncə, dabbətül-ərz İmam Mehdiyə (ə) işarədir.
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.