Mobil telefonu Azərbaycanda qeydiyyatdan keçirməyin YOLLARI
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Texnoloji baxımdan inkişaf etmiş ölkələrə səfər edənlərin bir çoxunun satın aldığı məhsullar arasında texniki avadanlıqlar, xüsusən də, mobil telefonlar üstünlük təşkil edir. Büdcəyə uyğun gələn telefonların bəzən orjinal, keyfiyyətli və standartlara uyğun olması narahatlıq doğurur. Lakin bunun da çarəsi var. Belə ki, digər ölkələrdən respublikamıza idxal olunan mobil cihazların qeydiyyatı elektron qaydada asan və rahat şəkildə aparılır. Bu elektron xidmətdən istifadə üçün "Elektron hökumət" portalına müraciət edə bilərsiniz. Bunun üçün portalda qeydiyyatdan keçməyə də ehtiyac yoxdur.
Milli.Az ICTnews-a istinadən bildirir ki, xidmətdən yararlanmaq istəyən hər bir vətəndaş Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən "Elektron hökumət" portalında təqdim edilən e-xidmətləri arasından "Mobil cihazların qeydiyyatdan keçirilməsi" xidmətini seçməlidir.Yeri gəlmişkən qeyd edək ki, "Mobil cihazların qeydiyyatdan keçirilməsi" Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yanvar ayında ən çox istifadə edilən elektron xidməti olub. Sözügedən xidmətə "Elektron hökumət" portalı üzərindən bir ayda 48745 dəfə müraciət edilib.
Mobil cihazların qeydiyyatdan keçirilməsini aparan zaman sistem vətəndaşın şəxsiyyət vəsiqəsinin seriya nömrəsini, FİN (fərdi identifikasiya nömrəsi) kodu, təhlükəsizlik kodu və qeydiyyatdan keçirilməsi tələb olunan mobil cihazın IMEI kodunu tələb edir.Lakin portalda qeydiyyatlı olaraq xidmətdən istifadə zamanı sistem vətəndaşın şəxsiyyət vəsiqəsinin FİN kodunu avtomatik olaraq təyin edir.

Qeyd edək ki, FİN kod dedikdə şəxsiyyət vəsiqəsinin sağ aşağı küncündəki, axırdan birinci rəqəmi çıxmaqla, sonrakı 7 rəqəm və hərfdən ibarət kod nəzərdə tutulur.
Bundan sonra "Məlumatları yoxla" düyməsini seçmək lazım gəlir.
Daha sonra istifadəçi mobil telefon nömrəsini ərizəyə daxil edir. Ərizədə göstərilən xidmətin istifadəsi üçün ödəniləcək məbləği vətəndaş onlayn şəkildə həyata keçirmək üçün kartın növünü qeyd edərək "Təsdiqlə və ödəniş et" düyməsini seçməlidir. Qeyd edək ki, şəxsi istifadə məqsədi ilə ölkəyə gətirilən mobil cihazların hər bir IMEI nömrəsinin qeydiyyatı 5 manata başa gəlir.
Növbəti mərhələdə ödənişin həyata keçirilməsi üçün onlayn ödəmə sisteminin səhifəsi açılır. İstifadəçi onlayn ödəniş edəcəyi kartın nömrəsini, bitmə tarixini və CVV kodu daxil edərək ödəməni həyata keçirmiş olacaq.
Ödəniş uğurla həyata keçirildikdən sonra formalaşan elektron ərizə portal tərəfindən avtomatik olaraq Mobil Cihazların Qeydiyyatı Sisteminə (MCQS) göndərilir və sistem tərəfindən avtomatik olaraq ödəniş qəbzi yaradılır. Qəbzdə bildirişin kodu, mobil cihazın qeydiyyatını aparan vətəndaş haqqında ümumi məlumat, ödəmə növu, mobil cihazın IMEI kodu, ödənilən məbləğ və tarix barədə məlumatlar əksini tapır.
Bu mərhələlərdən sonra 24 saat ərzində mobil cihaz MCQS tərəfindən qeydiyyata alınır.
Qeyd edək ki, satış və digər sahibkarlıq fəaliyyəti məqsədi ilə toplu halında ölkəyə gətirilən mobil cihazların IMEI nömrəsinin qeydiyyatı fərqli formada aparılır. Belə ki, sahibkar gətirdiyi mobil cihazların qeydiyyatdan keçirilməsi xahişi ilə RYTN-nə rəsmi qaydada müraciət etməlidir.

Məlumat üçün bildirək ki, IMEI kodu telefonunuzun ekranında *#06# kombinasiyasını yığmaqla əldə edə bilərsiniz. Mobil cihazın qeydiyyatda olub-olmadığını isə mobil telefondan 15 rəqəmli IMEI nömrəsini yazaraq 1677-yə SMS göndərməklə və ya "1677" çağrı mərkəzinə zəng etməklə müəyyən etmək olar.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bakının bu ərazilərində işıq 3 saatlıq KƏSİLƏCƏK
-
Yola maşınla çıxanlara VACİB XƏBƏR - 7 əsas küçədə…
-
Küçədə itlərin hücumundan necə qorunmaq olar?
-
Azərbaycanlı şagird “WhatsApp”a bənzər tətbiq yaratdı
-
Qəbiristanlığın yerləşdiyi ərazi MÜZAKİRƏ YARATDI - VİDEO
-
Toy günü ananın qızına dediyi sözlər hər kəsi AĞLATDI - VİDEO
XƏBƏR LENTİ
-
Bakının bu ərazilərində işıq 3 saatlıq KƏSİLƏCƏK
-
Van Persi qovuldu
-
Yola maşınla çıxanlara VACİB XƏBƏR - 7 əsas küçədə…
-
Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə yola düşüb
-
Buzun üzə faydaları: Bioloji əsasları, doğru istifadəsi və diqqət edilməli məqamlar
-
İyun ayı BÜRCLƏRə nə vəd edir?
-
Qarpız salatı resepti
-
Gözümüzü günəş şüasından necə QORUYAQ?
-
Dünyanın ən bahalı BUNKERLƏRİ
-
Müxtəlif geyimlər üçün hansı yuma rejimini seçmək daha YAXŞIDIR?
-
Gecə turizmi üçün ən yaxşı şəhərlərin SİYAHISI
-
Bu şəxslərin beyni daha gec YAŞLANIR
-
Küçədə itlərin hücumundan necə qorunmaq olar?
-
Çiyələk mürəbbəsi neçə dəqiqə qaynadılır?
-
Kobaxidze Paşinyanı təbrik etdi
-
"Həyat əclafdır, amma buna dəyər": Şakira Pikenin xəyanətindən DANIŞDI
-
Çörək mayası çox olarsa nə baş verər?
-
Bağçaların baş bəlası olan ilbizlərə qarşı təbii həll yolu
-
Günün qoroskopu: Bu gün eşq həyatında şanslı gündür
-
İlkin rəsmi nəticələr açıqlandı - YENİLƏNİB
-
İsrail İran ərazisindən buraxılan raketləri zərərsizləşdirib
-
"Fənərbağça"da Aziz Yıldırımın ilk transferi
-
13 yaşlı oğlu Azərbaycan pasportu aldı
-
İraqda zəvvarları daşıyan avtobus yandı - 25 ölü var





