"Youtube" dünyada yetərincə məşhur olan video portal hesab olunur. Burada istər mahnılarımız, istərsə də milli mətbəximiz zaman-zaman özününküləşdirilir. Hətta "Youtube" rəhbərliyi belə, buna müdaxilə edə bilmir. Amma artıq maddi irsimiz qorunacaq.
Milli.Az "Xəzər Xəbər"ə istinadən bildirir ki, "Youtube"da "Sarı Gəlin" mahnısı erməni bəstəsi kimi göstərilir.
Sözləri Bəxtiyar Vahabzadəyə, musiqisi isə Şəfiqə Axundovaya məxsus olan "Nədən oldu"mahnımız isə anonim olaraq qeyd olunur.
Milli mətbəximizdən tutmuş, tariximizə qədər çox şeyin zaman-zaman "Youtube"da kimlər tərəfindənsə özünküləşdirilməsi yaxud da sahibsizləşdirilməsi baş verir. Hətta folklor nümunələri, xalq mahnıları kimlərinsə mədəni mülkiyyətinə çevrilir.
Ancaq artıq belə olmayacaq. "Youtube "vasitəsi ilə gəlir əldə edənlərin çoxalması dünyanın bir nömrəli videoportalını Azərbaycanda da müəllif hüquqlarına ciddi nəzarət etməyə sövq edib. Yeni yaradılan Kontent İD sistemi bu özbaşınalığa son qoyacaq.
"Youtube" videoları yayma tarixi haqqında maraqlı olmadığından yalnız müəllif hüquqlarının pozulması zamanı müraciət etməyə icazə verir. Yayılan videonun özünə aid olub-olmadığını sübut etmək isə 10 gündən çox vaxt aparır.
Kontent İD sistemi müğənnilərin də işinə yarıyacaq.
"Youtube"da müəllif hüquqlarını qoruyan bu sistem filmlərin, musiqi və kliplərin pirat satışına da son qoyacaq. Bəzən videonun ikinci şəxs tərəfindən paylaşılması daha çox baxış sayı yığır. Bu isə istifadəçinin gəlir qazanmasına mane olur. Sistem videonun ikinci şəxs tərəfindən paylaşılmasından əlavə yüklənilməsinə də sanksiya tətbiq edəcək.
Milli.Az