Cəmiyyət

Məktəbdə öyrədilməyən 10 qızıl qayda

12 Fevral 2016 10:19
1 Şərh     Baxış: 4 314
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Həyat davam edir və hamımız məktəb illərindən uzaqlaşıb yeni həyata başladıqda bizə ancaq təcrübələrimiz kömək olur.

Milli.Az pahoo.az-a istinadən bildirir ki, illərin və təcrübələrin gətirdiyi yetkinliklə geriyə dönüb baxan insanların "indiki ağlım olsaydı, bunu etməzdim və ya edərdim" dediyinin çox şahidi oluruq. Həyatınızdakı stressi az da olsa azaltmaq, daha müsbət tərəflərdən həyata baxmağınıza kömək etmək və xoşbəxtliyinizi artırmaq üçün məktəbdə öyrədilməsə də, olduqca əhəmiyyətli həyat dərslərindən bir hissəsini sizə təqdim edirik. Bilirik ki, tətbiq etmək o qədər də asan deyil, amma niyə bu bir başlanğıc olmasın ki?

 80/20 qaydası

Bu, zamandan daha yaxşı istifadə etməyin ən effektiv yollarından biridir. Pareto prinsipi olaraq da tanınan 80/20 qaydası, əsasən fəaliyyətinizin 20 faizinin alacağınız dəyərin 80 faizinə hesablandığını irəli sürür. Yəni etdiyiniz və yəqin ki, sizə faydalı olacağını düşündüyünüz bir çox şey zənn etdiyiniz qədər faydalı olmaya bilər, hətta lazımsız belə ola bilər. Etdiyiniz bir çox şeyi ya ixtisar edə, ya da ona sərf etdiyiniz zamanı azalda bilərsiniz. Bunu etdikdə, həqiqətən də sizə dəyər, xoşbəxtlik təmin gətirəcək şeylərə sərf etmək üçün daha çox zaman və enerjiniz olacaq.

Etdiyiniz şeyləri düşündüyünüzdən çox daha tez edə bilərsiniz. Bu qanun bir vəzifənin zamana bağlı olaraq genişləndiyini və mürəkkəbliyinin sizin o vəzifəyə təyin etdiyiniz zamana bağlı olduğunu söyləyir. Məsələn, əgər problemə bir həftə ərzində həll tapacağınızı özünüzə deyirsinizsə, həmin vaxt problem sizə daha böyük görünür və ona həll tapmaq da daha çox zaman tələb edir. Bu halda, vaxtınızı həll yolu tapmaq üzərində fokuslayın. Problemi həll etmək üçün özünüzə bütün gün əvəzinə, sadəcə bir saat, ya da bütün həftə yerin, sadəcə bir gün verin. Bu isə öz növbəsində zehninizi həll tapmaq və hərəkət etməyə fokuslanmağa məcbur edəcək.

Əvvəlcə dəyər verin, daha sonra dəyər görün

Bizim bir şey etməyimiz üçün kiminsə bizə nəsə verməsi və ya hər hansı bir şey etməsi fikri daha çox irəli sürülür. Lakin problem bundadır ki, demək olar ki, bütün insanlar bu prinsipə uyğun hərəkət edir və nəticədə də heç kim bir-biri üçün nəsə etmir. Maliyyə, sevgi, mərhəmət, qayğı və bu kimi nə olmasından asılı olmayaraq, hər hansı bir dəyəri artırmaq istəyirsinizsə, daha çox dəyər verməyi öyrənməlisiniz. Çünki müəyyən vaxtdan sonra siz də verdiyiniz dəyər qədər qəbul etməyə başlayacaqsınız.

Səhvlər və müvəffəqiyyətsizliklər yaxşıdır

Gənc yaşlarında insanlar yeni şeyləri daha çox sınamağa meylli olurlar. Lakin qarşılaşdıqları uğursuzluqlar və etdikləri səhvlər bir müddət sonra onların əlini hər şeydən soyutmağa başlayır. Nəticədə onlar heç nə etməyərək, məyusluqdan özlərini sığortalamağa çalışırlar. Bu isə insanın ruhən daha tez qocalması deməkdir. Unutmaq lazım deyil ki, hər bir insanın səhv etmək haqqı var. Bir çox insanlar etdikləri səhvləri onlardan dərs çıxaraq bir fürsətə çevirməyi bacarırlar və belə insalar əvvəl-axır qalib olurlar.

Özünüzü yormayın

Səhv etmək hər kəsin təbi haqqıdır. Etdiyiniz səhvə, uğursuzluğa görə hər gün bir peşmanlıq səbəbi uydurub, özünüzü yormayın. Bu sizin enerji və gücünüzü almaqla yanaşı, ətrafınızdakı sizə dəyərli insanların da yorulmasına, sizdən uzaqlaşmasına səbəb ola bilər.

Uyğunlaşma fərziyyəsi

Yeni insanlarla tanış olmaq maraqlı olduğu qədər də, yorucu, gərgin ola bilir. Hər kəs ilkin olaraq, xoş təəssürat yaratmaq istəyir və bu da insana əlavə stress verir. Bundan xilas olmağın ən yaxşı yolu, beyninizi düzgün tənzimləməkdən keçir. Yeni tanış olduğunuz insanla ünsiyyət zamanı köhnə yoldaşınızla danışırmışsınız kimi beyninizi kökləsəniz, həm səmimi söhbət alınar, həm də istədiyiniz ilkin təəssüratı yaradarsınız.

Təşəkkür etmək sizə xoş təsir edəcək

Sizin yanınızda olan, sizə kömək edən və ya ümumiyyətlə həyatınızda olmalarından şad olduğunuz insanlara təşəkkür etmək tamamilə yeni hisslər bəxş edəcək. Səmimi minnətdarlıq hissiniz insanlarda xoş təəssürat yaratmaqla yanaşı, sizin də özünüzü xoşbəxt hiss etməyinizə səbəb olacaq. Xoşbəxtlik isə yoluxucu olduğu üçün, ətrafınızdakı insanları da xoşbəxt edəcəksiniz.

Özünüzü başqaları ilə müqayisə etməyin

Eqonuzun sizi idarə etməsinə icazə vermək istəmirsinizsə, öz şəxsiyyətinizi, həyatınızı digərlərinin həyatıyla müqayisə etməyə son verməlisiniz. Belə ki, biz başqalarının üzdən gördüyümüz həyatlarıyla öz həyatımızı müqayisə etdikdə, özümüzə yeni və çox əsassız komplekslər bəxş etmiş oluruq. İnsanın özünü müayisə etməli olduğu yeganə şəxs keçmişdəki özüdür və yalnız bu müqayisə sizi daima irəliyə doğru apara bilər.

Baş verəcəyindən qorxduğunuz şeylərin 80-90%-i olmayacaq

Bizim qorxularımızın bir çoxu əsassızdır və sadəcə daxili narahatlıqlarımızın verdiyi "hədiyyə"dir. Bu lazımsız hədiyyələrdən xilas olmaq üçün, keçmişdəki qorxularınızı və onların nə dərəcədə əsaslı olub-olmadığını xatırlayın. Bu halda əmin olacaqsınız ki, müxtəlif dövrlərdə müxtəlif qorxularımız olsa da, onların böyük bir hissəsi əsassız olur və heç vaxt baş vermir.

Həyatı çox ciddi qəbul etməyin

Hər atdığınız addımı və hər düşüncənizi ciddiyə alaraq, bu həyatı daha da ağırlaşdıra bilərsiniz. Özünüzə, səhv və düzlərinizə qarşı çox da ciddi olmayın və bəzən hadisələri axarına buraxmağı bacarın. İnsanın hər şeyi ciddi qəbul etməsi, yaşadığı əzabların daha da dərinləşməsinə səbəb olmaqda, başqa bir işə yaramır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.