“Yelo Bank” “MTN işi” üzrə zərərçəkənlərin yarım milyondan çox vəsaitini qaytarmır – QALMAQAL
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"MTN işi" üzrə zərərçəkənlərdən biri - İbrahim Zeynalovun adına ödənilmiş 560 min manatlıq məbləğ ətrafında qalmaqal böyüyür.
Milli.Az xəbər verir ki, əldə etdiyimiz rəsmi sənədlər göstərir ki, həmin məbləğ Nərimanov Rayon İcra Şöbəsinin qanunsuz hərəkətləri nəticəsində "Yelo Bank"ın balansdan kənar hesabına köçürülüb və bu əməliyyatın heç bir məhkəmə qərarı ilə hüquqi əsası olmayıb.
Qanunsuz köçürülən 560 min manat
Bakı Hərbi Məhkəməsinin hökmünə əsasən sabiq MTN generalı Mövlam Şıxəliyevin müsadirə olunan əmlaklarının satışından əldə edilən pullar zərərçəkmişlər arasında bölüşdürülməli idi. Bu qərara əsasən, zərərçəkən İbrahim Zeynalovun payına 560 min 302 manat düşüb.
Ancaq həmin məbləğ Zeynalovun şəxsi hesabına deyil, "Yelo Bank"ın hesabına köçürülüb. Rəsmi sənədlərdə bu köçürmənin "kredit ödənişi" kimi rəsmiləşdirildiyi göstərilib. Vəsait bankın balansdankənar hesabına yönləndirilib.
Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin rəisi Rəşad Abbasov 27 avqust 2025-ci il tarixli məktubunda "Yelo Bank"ın rəhbərliyinə bildirir ki, 560 min 302 manatın bank hesabına köçürülməsi barədə heç bir məhkəmə qərarı mövcud deyil.
Sənəddə qeyd olunur ki, vəsaitin qanunsuz köçürülməsi barədə iddia Bakı Apellyasiya Məhkəməsinin 7(103)-626/2025 saylı qərarı ilə təsdiqlənib və həmin qərar qanuni qüvvəyə minib.
İcra şöbəsi bankdan vəsaitin geri qaytarılmasını xahiş edib, hətta bank tərəfindən məbləğin məhkəmə qərarı qüvvəyə minərsə, geri qaytarılacağına dair yazılı zəmanət məktubu da alıb.
"Yelo Bank" zəmanət verdi və pulu "yedi"
Sənədlər göstərir ki, məhz "Yelo Bank"ın İdarə Heyətinin sədri Anar Həsənovun imzası ilə icra şöbəsinə göndərilən cavab məktubunda məhkəmə qərarı olarsa, vəsaitin geri qaytarılmasına zəmanət verilir.
Bu ifadə faktiki olaraq bankın vəsaiti qaytarmağa razı olduğunu göstərir.
Lakin məhkəmə qərarı qüvvəyə mindikdən sonra "Yelo Bank" mövqeyini dəyişib, öz məktubundakı zəmanətdən boyun qaçırıb. Bank artıq bildirir ki, guya "İbrahim Zeynalovun borcu olduğu üçün vəsaitin qaytarılması mümkün deyil" - halbuki məhkəmə qərarı açıq şəkildə həmin köçürməni qanunsuz sayıb.
Gedişatın arxasında kimlər dayanır?
Zərərçəkmişlərin iddialarına görə, bu maliyyə manipulyasiyası təsadüfi deyil.
İddia olunur ki, məsələdə İcra Baş İdarəsinin əməkdaşı Tural Süleymanov və onun qayınatası Cavidan Hacıyevin də adı keçir. Məhz onların vasitəsi ilə Nərimanov İcra Şöbəsində "kredit ödənişi" oyunu ortaya atılıb, vəsait isə sonradan bir neçə nəfər arasında bölüşdürülüb.
"MTN işi" zərərçəkənlərinin haqqı bu dəfə bankda "yeyilib"
Bu gün "Yelo Bank" həmin 560 min 302 manatı geri qaytarmaqdan boyun qaçırır. Halbuki vəsait "MTN işi" üzrə zərərçəkənlərə məxsusdur və bankın balansına qanunsuz daxil edilib.
Bu isə həm Cinayət Məcəlləsinin 179-cu maddəsinə (mənimsəmə və israf etmə), həm də Mülki Məcəllənin 1099-cu maddəsinə (əsassız əldə etmə) görə ciddi hüquqi məsuliyyət doğuran haldır.
Əldə olunan sənədlər, məktublar və məhkəmə qərarları bir daha sübut edir ki, "Yelo Bank" "MTN işi" üzrə zərərçəkənlərə çatmalı olan 560 min 302 manatı qanunsuz olaraq geri qaytarmaqdan yayınır.
Əvvəlcə "məhkəmə qərarı çıxsa, geri qaytaracağıq" deyən bank indi öz sözündən dönüb, icra orqanlarını aldadaraq məsuliyyətdən yayınmağa çalışır.
Bu, "MTN işi" üzrə zərərçəkən insanların haqqının bank maraqları naminə tapdanmasıdır./Musavat.com
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
"İnsan necə "qudurarmış" - Elza Seyidcahan
-
Ərdoğan: Şanlıurfada Azərbaycan Bulvarı istifadəyə verilib
-
Şəhid anasını təhqir edən bloggerlə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib - (Video)
-
Həbs olunan Ferhat Gündoğdunun qalmaqallı səs yazısı yayıldı
-
Nəsimi rayonunun bəzi ərazilərində işıq olmayacaq
-
Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq
-
Ağdamda 15 yaşlı qızın erkən evliliyə cəlb olunmasının qarşısı alınıb
-
Zəfərin üç mərhələsi: Azərbaycanın yaratdığı yeni geosiyasi presedent
-
Gəncədə bacı-qardaş yanıq xəsarətləri alıb
-
Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalının Gəncə mərhələsi keçirilib - (Foto)
-
Bakının bəzi ərazilərində qaz olmayacaq
-
"Qarabağ" "Zirə"yə qalib gəldi
-
Bakıda market və avtomobildən oğurluqda şübhəli bilinən şəxslər saxlanılıblar
-
"Flydubai"nin ikinci pilotu etiraf etdi: Təyyarəni İsraildə yerə çırpmaq istəyirmiş
-
Zaur Həbibov Ukrayna-Rusiya müharibəsində həlak oldu - (Foto)
-
Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanıldı
-
Rafinya Mbappeni geridə qoydu
-
Robotların sayı 5 milyonu keçdi
-
Hülya Avşarın makiyajsız halı diqqət çəkdi - (Foto)
-
Tramp: İranın işləri yaxşı getmir
-
Afaq Bəşirqızı: "Məni "Söylü"yə oxşatmayın"
-
Moskvanın mərkəzində azərbaycanlı qardaşlara hücum: Bıçaqlanan var
-
Bakı Bulvarında Zeytun Festivalı keçiriləcək (Video)
-
UEFA Millətlər Liqası: Günün ən maraqlı matçları





