Ölkə

Daha bir şəhidimizin nəşi tapıldı - FOTO

27 Oktyabr 2025 11:19
Baxış: 1 226
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Birinci Qarabağ müharibəsi zamanı itkin düşən şəhid Mübariz Ağahüseyn oğlu Şahmurovun nəşi tapılıb.

Milli.Az xəbər verir ki, şəhid Mübariz Şahmurov sabah Keşlədə yerləşən Şəhidlər xiyabanında torpağa tapşırılacaq.

Qeyd edək ki, şəhid Mübariz Şahmurov Sabirabadın Nərimankənd kəndində anadan olub. Onun vaxtilə oxuduğu kənd məktəbi də şəhidimizin adını daşıyır.

Xatırladaq ki, M.Şahmurov Milli Qəhrəman Aqil Quliyevin dəstəsində döyüşüb. Mübariz Şahmurov 1992-ci il fevralın 26-da 29 yaşında Xocalıda qəhrəmanlıqla şəhid olub. /"Teleqraf"

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.