"(Dünyanın sonlarında aləmin yaradılış təsirlərindən insanlar əqli dəlillərlə Allahı qəbul etmədikdə) onlara verilən əzab vədi yerinə yetdikdə onlar üçün yerdən (möcüzəli bir tərzdə camaatın qəbul etməyə məcbur olmasından ötrü) bir canlı çıxardarıq ki, yer əhli ilə danışsın. Çünki insanlar Bizim ayələrimizə yəqinlik tapmırlar. (Bu canlının xüsusiyyətləri, nə zaman və necə çıxması, bu sözün əsil həqiqəti və ondan sonrakı nəticələr şəriət tərəfindən açıqlanmamışdır)". ("Nəml" 82).
Milli.Az deyerler.org-a istinadən bildirir ki, bu ayənin zahirindən belə başa düşmək olur ki, Allah dünyanın sonlarına yaxın yerdən bir varlıq çıxardacaqdır (dabbətul-ərz) ki, insanlarla söhbət etsin. Bu hadisə təfsirçilərin nəzərinə görə, Qiyamətin əlamət və şərtlərindəndir. Bu ayədən sonrakı ayədə isə insanların həşr olmasından söhbət açılır. Bütün insanların deyil, bəlkə bir dəstə insanların. Əhli-beyt (ə) məktəbinin nəzərinə görə bu hadisə rəcətə işarə edir, yəni kiçik Qiyamətə.
Çünki böyük Qiyamətdə bütün insanlar məhşur olacaqdır. İmam Sadiq (ə) dabbətul-ərz hadisəsi ilə bağlı buyurur: "Bu hadisənin rəcətdə baş verəcəyinin dəlili Allahın sözləridir: "(Yada sal), hər bir ümmətdən Bizim ayələrimizi təkzib və inkar edən dəstələri toplayacağımız o gün, onlar(ın ilki və sonuncuları) bir yerdə cəm edilər və tutulub saxlanılar. Hazır olduqları zaman (Allah) buyurar: "Mənim nişanələrimi onlara elminiz çatmadığı halda təkzib və inkarmı etdiniz? Yaxud siz nə edirdiniz (Mənim ayələrimlə necə rəftar edirdiniz)?"". ("Nəml" 83-84).
Dabbətul-ərzin nə olduğu ilə bağlı bizə çatan hədisləri iki dəstəyə bölmək olar:
1. Əbu Zubeyr onu belə təsvir etmişdir: "Başı inək başı, gözü donuz gözü, qulaqları fil qulağı, buynuzları maral buynuzu, boynu göyərçin boynu, sinəsi dəvə sinəsi, rəngi bəbir rəngində, arxası pişik arxası, quyruğu qoç quyruğu, əl və ayaqları dəvənin əl və ayağı kimidir və əzələləri arasındakı fasilə 12 zirəhdir (6 metr)".
2. Əhli-beyt (ə) mənbələrinə əsasən Dabbətul-ərz ali məqamlı insandır ki, hədislərin çoxunda ən ali insanın İmam Əli (ə) olduğu vurğulanmışdır. İmam Sadiq (ə) buyurur: "İmam Əli (ə) məsciddə başının altına bir qədər qum toplayıb yatmışdı. Peyğəmbər (s) ona çatan zaman ayağı ilə hərəkət etdirib buyurdu: "Qalx, ey Dabbətul-ərz". Bir nəfər soruşur ki, biz bir-birimizi də belə çağıra bilərikmi? Həzrət (s) buyurur: Xeyr, Allaha and olsun ki, bu ad ona məxsusdur. O, həmin Dabbədir ki, Allah Quranda buyurmuşdu". Sonra Nəml" surəsinin 82-ci ayəsini oxuyur".
Ona görə də demək olar ki, Dabbətul-ərz o kəsdir ki, Allahın hüccətini insanlara çatdırar. O kəs ki, Allahın hüccətini çatdırar, gərək insan olsun. Əks halda bir çoxları etiraz edər ki, sən insan deyilsən və bizim ehtiyaclarımızdan xəbərin yoxdur. Ona görədir ki, Allah peyğəmbərlərin (ə) insanlardan olmasını istəmişdir.
Müxtəlif hədislərin nəql etdiyinə görə Dabbətul-ərz müqəddəs bir varlıqdır və o, müqəddəs bir məkan olan Səfa dağından və ya Səfa ilə Mərvə arasından xaric olacaqdır. Özü ilə Musanın (ə) əsasını və Süleymanın (ə) üzüyünü gətirəcəkdir. Möminlərin üzünə pakların möhürünü, kafirlərin üzünə isə napakların möhürünü vuraraq, onları bir-birindən ayıracaqdır. Ona görə də bu varlığın heyvan olması qeyri-mümkündür. Əgər heyvan insanların üzünə möhür vurarsa, bu İlahi ədalətə zidd olar. Çünki bir heyvan möminə belə bir şey edə bilməz. Heyvanın dərəcəsi insandan daha alçaqdır. Bu hərəkət mömini xar və zəlil edər.
Ona görə də hədislərimizin dili ilə desək, bu işi görən insan olacaqdır və bu insanın İmam Əli (ə) olması ehtmalı daha çoxdur. Çünki bu dünyada Peyğəmbərdən (s) sonra ondan üstün insan olmamışdır. İmam Əli (ə) "Mübahilə" ayəsinə əsasən Həzrət Peyğəmbərin (s) nəfsi (özü) kimi bu işi görə biləcəkdir.
İmam Əli (ə) özü buyurur: "Mən Dabbətul-ərzəm".
Milli.Az
Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Dabbətul-ərz nə deməkdir?
11 Fevral 2016 22:45
6 Şərh
Baxış: 5 948

DİGƏR XƏBƏRLƏR
-
Bu gündən qadınların pensiya yaşı artırılır
-
Bu gündən Azərbaycanda qohum evliliyi qadağan edilir
-
Günün qoroskopu: dostlarla görüş sizi ruhlandıracaq
-
Paytaxtdan bölgələrə və region avtovağzallarından müxtəlif istiqamətlərə 60 minə yaxın sərnişin daşınıb
-
Azərbaycanda şok OLAY: 5 aylıq hamilə ola-ola başqasına ərə getdi - VİDEO
-
Məşhur şirkətin kərə yağından sellofan çıxdı - VİDEO
XƏBƏR LENTİ
-
DTX əməliyyat keçirdi - Saxlanılan var
-
Ağcabədidə Yekaterinburq şəhərində qətlə yetirilən qardaşlarla vida mərasimi başlayıb - FOTO
-
ABŞ-dən gözlənilməz qərar: Bu ölkəyə qarşı sanksiyalar ləğv edildi - Yeni dönəm başlayır?
-
Seyfəddin Hüseynli: “Qardaşlarım ürək tutmasından yox, işgəncədən öldürülüb!”
-
Qazaxıstanda niqab qadağan edildi
-
"Tanınma prosesində Rusiya tərəfinin yaydığı məlumatlarla meyidlərin üzərində olan əlamətlər uyğun deyil"
-
Yad planetlilər şəhərə doğru yaxınlaşır? – Qorxu dolu anlar - ANBAAN VİDEO
-
Azərbaycanda Xalq artistinin çayına dərman qatıb səsini batırmaq istədilər - FOTO
-
Avronun məzənnəsi 2 manatı ötdü, digər valyutalar isə... - RƏSMİ
-
Bu ailələrdə hər uşağa bu gündən aylıq 140 manat ödəniləcək
-
“İnter” mübarizəni dayandırdı, ərəblər 4 qolla "Mançester Siti”ni "evə göndərdi"
-
“Maaşım 200 manatdır”
-
Xaricdən avtomobil sifariş verərkən aldanmamaq üçün nələrə diqqət etmək lazımdır? - VİDEO
-
Bu həftənin uğurlu bürcləri - Qəfil bir təklif qapınızı döyə bilər
-
"Niyə yaslarda bunları stola qoyurlar?" - VİDEO
-
Bu meyvə virusun düşmənidir, mədənin isə...
-
İnsan beyni mühitdə hərəkəti süni intellektdən daha yaxşı qavrayır - TƏDQİQAT
-
Cavan dəriyə sahib olmağın sirri
-
Sirli qaçan dinozavr Yura dövrünün başqa bir sirrini açdı
-
Çinlilərin zəka artıran səhər YEMƏYİ - Sirri bu imiş...
-
Dondurma kökəldirmi? - Mütəxəssislərdən xəbərdarlıq
-
Türkiyədə zəlzələ oldu
-
Göydən pul yağdı - insanlar onu tutmaq üçün yarışa girdi - VİDEO
-
Kadırovun oğlunun toyuna bu tanınmışlar gəlib