"Bəsirət" sözü lüğətdə "görmək" mənasında işlənir. Dinimizdə isə ürəyin və dərkin görməsinə aid edilir. Bəsirət - ürəyin görən gözü və idrak qüvvəsidir. Bəsirətli insan ayıq insandır. İctimai, siyasi, mənəvi mövzulara qarşı dərin baxışı vardır.
Milli.Az deyerler.org-a istinadən bildirir ki, bu yolla haqla batili bir-birindən ayıra bilir. Böhran və fitnə zamanı haqq və səadət yolunu tapa bilir.
Bəs bəsirəti necə əldə edə bilərik?
1. Ürək təqvası. Bəsirəti əldə etməyin yollarından biri - təqva ruhunu yetişdirmək və günahdan uzaq olmaqdır. Qurani-Kərim buyurur: "Ey iman gətirənlər, əgər Allahdan qorxsanız, O, sizə (haqla batili bir-birindən) ayırd edən bir qüvvə verər, sizin (kiçik)günahlarınızı təmizləyər, və sizi(n böyük günahlarınızı) bağışlayar. Allah böyük lütf və ehsan sahibdir". ("Ənfal" 29).
2. Qəfləti aradan aparmaq. Bəsirəti əldə etməyin yollarından biri - zikr vasitəsilə qəfləti aradan aparmaqdır. Allah Təala Quranın bir çox ayələrində bəndələrini Onu zikr etməyə, nemətlərini xatırlamağa və keçmiş ümmətlərin başına gələnlərdən ibrət götürməyə dəvət edir."Ey iman gətirənlər, bir dəstənin sizə əl uzatmaq qəsdinə düşdüyü (müsəlmanların üzərinə qəfildən hücum etmək fikrində olduğu)zaman Allahın sizə olan nemətini yada salın. Onda Allah onların əllərini sizdən üzdü. Allahdan qorxun! Möminlər gərək yalnız Allaha təvəkkül etsinlər". ("Maidə" 11). Əmirəl-möminin (ə) zikrin bəsirəti əldə etməyə təsiri barəsində buyurur: "Həqiqətən, Sübhan Allah zikri ürəklərə cilaverən qərar vermişdir ki, korluq və qaranlıqda səhv etdikdən sonra onun vasitəsilə görən olsun".
3. Təfəkkür və ibrət götürmək. Əmirəl-möminin (ə) bəsirətli insana tərif verən zaman buyurmuşdu: "Bəsirət sahibi olan insan o kəsdir ki, düzgün eşidər və düşünər". Həzrət Əli (ə) başqa yerdə buyurur: "O kəs ki, təfəkkür etməz - onun üçün bəsirət olmayacaqdır. Çünki bəsirət təfəkkür və düşünməkdən hasil olar". Həmçinin ibrət götürmək insanın bəsirət gözünü açar. Lüğət kitablarının bir çoxunda bəsirət, ibrət sözü ilə mənalandırılmışdır.
Milli.Az
Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Bəsirət nədir?
12 Yanvar 2016 22:20
5 Şərh
Baxış: 15 491

DİGƏR XƏBƏRLƏR
-
Günün qoroskopu: Emosional gərginliklər mümkündür
-
Əminə Əliyeva dünya çempionu oldu - VİDEO
-
Günün qoroskopu: Səssizliyin içində həqiqəti eşidə biləcəksiniz
-
Sahibkarların NƏZƏRİNƏ: Cərimələnə bilərsiz
-
Bakıda şirkət işçisi keçmiş arvadını hoteldə güllələdi
-
Elçiliyə gələn bəyin hərəkətləri QINANDI - VİDEO
XƏBƏR LENTİ
-
Bakıda bir nəfər 9 qaşıq uddu - ŞOK HADİSƏ - FOTOlar
-
Bakıda “Qalatasaray”ın çempionluq COŞQUSU - VİDEO
-
"Maydonoz Döner"in FETÖ ilə əlaqəsi üzə çıxdı
-
Bu rayonda qaz kəsiləcək
-
Bakıda qəzada ölən 21 yaşlı Əşrəfin FOTOsu
-
Paşinyan sülh sazişini niyə imzalamır?
-
Müəllim məktəbdə yıxılıb xəsarət aldı - Direktor cəzalandırıldı
-
Azərbaycanda marşrut avtobusu yandı
-
Baydendə xərçəng aşkarlandı
-
9000 AZN maaşa işçi AXTARILIR
-
Bu valyutalar ucuzlaşdı - RƏSMİ
-
Manafın övladlarının biznesi varmış...
-
Bu maşınlar bahalaşdı - 2-3 min fərq var
-
Közərmə lampalarını LED işıqlar əvəzləyir - VİDEO
-
Müasir dövrün əsas marketiq hilələri, trendlər bizi necə yoldan çıxarır?
-
“Həmin xəbəri sildirdim”
-
“Ukraynanın başqalarının puluna ehtiyacı var”
-
Kişilərdə çəki problemi varsa, yaddaşı qadınlardan 10 il tez itirə bilər
-
Soyuq, yoxsa isti vanna: Hansı daha faydalıdır?
-
Gündəlik 5 saat yuxu yatanlar bu xəstəliyə daha çox tutulur
-
Qadın 140 saat fasiləsiz yemək bişirərək Ginnesin Rekordlar Kitabına düşüb
-
Ağciyər xərçənginin gizli əlaməti - Barmaq uclarına diqqət yetirin
-
Həkim qaraciyəri təmizləyən effektli içkini açıqladı
-
Uşaqlar üçün müavinət artırılır? - VİDEO