Cəmiyyət

“Kənzül-ümmal” kitabı nədən bəhs edir?

3 Yanvar 2016 20:15
0 Şərh     Baxış: 6 155
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Tez-tez dini mənbələrdə "Kənzül-ümmal" kitabının adına rast gəlirik. Bu kitab nədən bəhs edir?

Milli.Az islam.az-a istinadən bildirir ki, "Kənzül-ümmal" böyük hədis məcmuəsidir. Şiə məzhəbində "Biharül-ənvar" irihəcmli hədis məcmuəsi sayıldığı kimi, əhli-sünnə dünyasında da "Kənzül-ümmal" bu cür qəbul edilir. Amma "Kənzül-ümmal" "Biharül-ənvar"a nisbətən xeyli yığcamdır və şərhsizdir. "Kənzül-ümmal" şafii məzhəbli böyük alim Süyutinin 3 məşhur kitabındakı hədislər əsasında tərtib edilmişdir. Kitabda Həzrət Mühəmməd Peyğəmbərin (s) hədisləri əlifba sırası ilə mövzu ardıcıllığı üzrə düzülüb. "Kənzül-ümmal"ı XVI əsrdə yaşamış Hindistan əsilli sufi alim, Müttəqi Hindi kimi tanınan Əlaəddin Əli Müttəqi ibn Hüsaməddin tərtib etmişdir. "Kənzül-ümmal" kitabında 46 mindən artıq hədis toplanıb, hədislər sənədsiz, yalnız səhabənin adı verilməklə qeyd edilib. Kitab 18 cilddə nəşr olunmuşdur.
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.