Cəmiyyət

Kredit faizləri niyə enmir? - VİDEO

24 Noyabr 2015 21:04
0 Şərh     Baxış: 1 095
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanda kredit faizləri digər ölkələrlə müqayisədə dəfələrlə yüksəkdir. Baxmayaraq ki, Mərkəzi Bank tərəfindən mütəmadi olaraq faizlərin endirilməsi məqsədilə tədbirlər görülür. Ancaq nəticə dəyişmir.

Milli.Az "Xəzər Xəbər"ə istinadən bildirir ki, Azərbaycanda kreditlər üzrə orta faiz dərəcələri istər MDB, istər qonşu ölkələrlə müqayisədə yüksəkdir. İqtisadçıların tədqiqatları bu nəticəni ortaya çıxarıb. Dünya təcrübəsində bank faizləri ölkədəki inflyasiya dərəcəsindən 4-5 faiz yüksək olduğu halda,  Azərbaycanda bu fərq bir neçə dəfə çoxdur.

Azərbaycanda kredit faizlərinin azaldılması üçün Mərkəzi Bank tərəfindən limitlər  müəyyənləşdirilib. Banklar biznes kreditlərini illik 25 faizdən, istehlak kreditləri isə 29 faizdən yüksək verə bilməzlər. Ancaq faizlərin könüllü azaldılmasını stimullaşdırmaq üçün də tədbirlər görülür. 

Bununla belə kredit faizləri düşmür. Ekspertlər buna səbəb kimi bankların ucuz maliyyə mənbələrinə çıxış imkanlarının məhdud olmasını göstərirlər.

Ancaq gələn il vəziyyətin dəyişəcəyi gözlənilir. Banklar Assosiyasiyası tərəfindən yeni strategiya hazırlanır. Assosiyasiyadan "Xəzər Xəbər"ə verilən məlumata görə, bunun üçün müxtəlif qurumlarla danışıqlar aparılır. Əsas dəyişikliklər məsuliyyətli kreditləşmə və  kredit faizlərinin endirilməsi ilə bağlı olacaq.

Milli.Az

Videonu izləmək üçün aşağıdakı şəklə klikləyin.

Kredit faizləri niyə enmir?

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.