"Baku Bus" tərəfindən yaxın günlərdə yeni marşrut xətləri istifadəyə veriləcək.
"Baku Bus"dan Publika.az-a verilən məlumata görə, yaxın günlərdə 2 nömrəli marşrut xətti istifadəyə verilməsi nəzərdə tutulur.
Xəttin nə vaxt istifadəyə veriləcəyi dəqiq bəlli olmasa da, yeni avtobus "20 Yanvar" metrostansiyasından - Milli Arxiv İdarəsi (Ziya Bünyadov prospekti) istiqaməti üzrə hərəkət edəcək.
Həmçinin 3, 7 və 14 saylı marşrut xətlərinin də istifadəyə verilməsi planlaşdırılır.
3 saylı xətt üzrə müəyyənləşdirilən avtobusların "Azadlıq" metrostansiyası - "Elmlər Akademiyası", 7 saylı marşrutların Ziya Bünyadov prospekti - Arxiv İdarəsi - 20-ci Sahə, 14 saylı marşrutun isə Xətai istiqamətində hərəkəti nəzərdə tutulub.
Milli.Az